İş yeri: Yeni Həyat Plaza, Zərifə Əliyeva 55
Vəzifə öhdəlikləri:
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti hesabatı və s.);
- 1C proqramında uçotun düzgün və sistemli aparılması, əməliyyatların vaxtında və dəqiq əks etdirilməsi;
- Bank ödənişləri, e-qaimələrin göndərilməsi, müqavilələrin hazırlanması və gündəlik maliyyə əməliyyatlarının icrasına nəzarət;
- Mühasibat uçotunun mövcud qaydalara və vergi qanunvericiliyinə uyğun aparılmasının təmin edilməsi;
- Aylıq əməkhaqqı, son haqq-hesab, məzuniyyət, xəstəlik vərəqəsi, mükafat və digər ödənişlərin hesablanması və ödənilməsinə nəzarət;
- Debitor və kreditor borcların izlənilməsi, üzləşmə aktlarının hazırlanması;
- DSMF, Statistika, ƏDV, SV, Mənfəət, Əmlak və digər maliyyə hesabatlarının hazırlanması və aidiyyəti orqanlara vaxtında təqdim edilməsi;
- Dövlət orqanlarından daxil olan məktubların icrasına və yazışmaların aparılmasına nəzarət;
Namizədə tələblər:
- Vergi və Əmək Məcəlləsini bilmək
- 1C proqramında işləmə bacarığı
- Məsuliyyətli, dəqiq və peşəkar olmaq
- MS Office proqramlarında sərbəst işləmək
- İş təcrübəsi: minimum 1 il
Şərtlər:
- İş rejimi: Həftə içi, 09:00–18:00
- Əmək haqqı: 1200 AZN
Müraciət:
CV-lərinizi mövzu hissəsində “Aparıcı Mühasib” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.