Ega Consulting Company Ega Consulting Company
  • 1.1K

Aparıcı Mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Aparıcı Mühasib

  • Истекает 23 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Yeni Həyat Plaza, Zərifə Əliyeva 55

Vəzifə öhdəlikləri:

  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti hesabatı və s.);
  • 1C proqramında uçotun düzgün və sistemli aparılması, əməliyyatların vaxtında və dəqiq əks etdirilməsi;
  • Bank ödənişləri, e-qaimələrin göndərilməsi, müqavilələrin hazırlanması və gündəlik maliyyə əməliyyatlarının icrasına nəzarət;
  • Mühasibat uçotunun mövcud qaydalara və vergi qanunvericiliyinə uyğun aparılmasının təmin edilməsi;
  • Aylıq əməkhaqqı, son haqq-hesab, məzuniyyət, xəstəlik vərəqəsi, mükafat və digər ödənişlərin hesablanması və ödənilməsinə nəzarət;
  • Debitor və kreditor borcların izlənilməsi, üzləşmə aktlarının hazırlanması;
  • DSMF, Statistika, ƏDV, SV, Mənfəət, Əmlak və digər maliyyə hesabatlarının hazırlanması və aidiyyəti orqanlara vaxtında təqdim edilməsi;
  • Dövlət orqanlarından daxil olan məktubların icrasına və yazışmaların aparılmasına nəzarət;

Namizədə tələblər:

  • Vergi və Əmək Məcəlləsini bilmək
  • 1C proqramında işləmə bacarığı
  • Məsuliyyətli, dəqiq və peşəkar olmaq
  • MS Office proqramlarında sərbəst işləmək
  • İş təcrübəsi: minimum 1 il

Şərtlər:

  • İş rejimi: Həftə içi, 09:00–18:00
  • Əmək haqqı: 1200 AZN

Müraciət:
CV-lərinizi mövzu hissəsində “Aparıcı Mühasib” qeyd etməklə
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly341
  • Monthly1471