Əsas Məsuliyyətlər
- Kommersiya (biznes) hüququ ilə bağlı müxtəlif məsələlər üzrə hüquqi təhlillər aparmaq, hüquqi problemləri müəyyən etmək, müvafiq prosedurları araşdırmaq və uyğun praktiki həll yolları təklif etmək;
- Müştəri sənədlərinin hüquqi siyasət və prosedurlar baxımından uyğunluğunu yoxlamaq;
- Müxtəlif məsələlər və ya fəaliyyət sahələri üzrə hüquqi sənədləri hazırlamaq, nəzərdən keçirmək, danışıqlar aparmaq və yekunlaşdırmaq;
- Müqavilələr, siyasətlər və razılaşmalar da daxil olmaqla hüquqi sənədləri hazırlamaq, nəzərdən keçirmək və dəyişiklik etmək;
- Qanunvericilikdə və beynəlxalq standartlardakı dəyişikliklərdən məlumatlı olmaq;
- Milli qanunvericilik və beynəlxalq standartlara uyğunluğu təmin etmək;
- Daxili siyasətlərin, o cümlədən, intizam tədbirləri və əmək münasibətlərinin həyata keçirilməsi ilə bağlı məsləhət vermək;
- Bütün əməliyyatlarda hüquqi davamlılığı təmin etmək üçün digər şöbələrlə əməkdaşlıq etmək;
- Hüquqi araşdırma aparmaq və rəhbərlik üçün hesabatlar hazırlamaq;
- Lazım gəldikdə, şirkəti hüquqi prosedurlarda təmsil etmək;
- Müştərilərə hüquqları barədə məsləhətlər vermək, hüquqi həll yolları tövsiyə etmək, işçilərlə işəgötürənlər arasında danışıqlar aparmaq və müvafiq danışıqlarda müştəriləri təmsil etmək.
Əsas keyfiyyətlər və təcrübə
- İdeal namizəddən xarici universitetlərdən magistr dərəcəsi gözlənilir
- Hüquq şirkətində 3-5 il və ya alternativ olaraq müxtəlif fəaliyyət profilli şirkətdə 5 il korporativ idarəetmə üzrə təcrübə
- Məhkəmə təcrübəsi üstünlükdür
- Dövlət qurumları ilə, xüsusilə də publik hüquqi şəxslərlə iş təcrübəsi əlavə üstünlükdür.
Ünsiyyət bacarığı
- Effektiv dinləyici – diqqətlə dinləmək və verilən bütün təlimatları anlamaq bacarığı
- Mükəmməl yazı və səlis şifahi ünsiyyət bacarıqları – fikri qısa, açıq və ardıcıl ifadə etmək bacarığı
Analitik bacarıqlar
- Güclü analitik bacarıqlar; istənilən əməliyyat zamanı hüquqi məsələləri və riskləri müəyyən etmək bacarığı
- Müstəqil qərar qəbul etmək bacarığı və təcrübəsi
- Müstəqil və ya minimum nəzarət ilə hərtərəfli tədqiqat aparmaq bacarığı
Əsas bacarıq və səriştələr
- Düzgün davranış qaydalarına sahib, iddialı, lakin real gözləntiləri olan şəxs
- Yüksək etik və peşəkar standartlar
- Gərgin son təslim tarixlərinin öhdəsindən gəlmək və zərurət olduqda çox çalışmaq
- Azərbaycan və İngilis dillərini mükəmməl bilmək (yazılı və şifahi); Rus dili biliyinin olması üstünlükdür
- Kompüterlə effektiv işləmə bacarığı
- Nəzarət olmadan işi planlaşdırmaq və təşkil etmək bacarığı
- Komanda ilə işləmək bacarığı, əməkdaşlara hörmət etmək və onları dəstəkləmək
- Minimum nəzarət ilə müştərilərlə birbaşa işləmək bacarığı
Əmək haqqı və digər faydalar
- Sabit, etibarlı, stresssiz və dostyana iş mühiti;
- Sınaq müddətindən sonra nüfuzlu sığorta şirkətində tibbi sığorta təmin edilir;
- Həm yerli, həm də xarici təlim imkanları yaradılır;
- Faizsiz uzunmüddətli kreditlər də təqdim edilə bilər.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını (Baş Hüquqşünas) qeyd edərək elektron poçt ünvanına göndərmələri xahiş olunur.