İş qrafiki: Tam iş günü (B.e.–Cümə, 09:00–18:00)
Vəzifə öhdəlikləri:
- Baş mühasibin rəhbərliyi altında mühasibat uçotunun aparılmasında iştirak
- İlkin mühasibat sənədlərinin (hesab-faktura, qaimə, akt, müqavilə və s.) hazırlanması, yoxlanılması və arxivləşdirilməsi
- 1C (8.3) proqramında gündəlik mühasibat əməliyyatlarının düzgün və vaxtında daxil edilməsi
- Bank əməliyyatlarının aparılması, ödəniş tapşırıqlarının hazırlanması
- Vergi orqanları ilə bağlı əməliyyatlarda iştirak (e-qaimə, e-faktura, e-VHF və s.)
- Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanmasında köməklik
- Əmək haqqı hesablamaları, məzuniyyət və ezamiyyə sənədlərinin hazırlanmasında iştirak
- Debitor və kreditor borclarının uçotunun aparılması
- Audit və yoxlamalar zamanı tələb olunan sənədlərin hazırlanması
- Mühasibat uçotunun AR qanunvericiliyinə uyğun aparılmasına nəzarətdə dəstək
Namizədə tələblər:
- Ali təhsil (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə)
- Mühasibatlıq sahəsində minimum 1–2 il iş təcrübəsi
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotunun əsas bilikləri
- 1C (8.3) proqramında işləmək bacarığı
- MS Excel və MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı
- Rus dili – sərbəst (şifahi və yazılı)
- Dəqiqlik, məsuliyyətlilik, analitik düşüncə
- Komandada işləmək və tapşırıqları vaxtında icra etmək bacarığı
Üstünlük hesab olunur:
- Mühasibatlıq üzrə kurs və ya sertifikatlar
- İngilis dili biliyi
- Audit təcrübəsi
- Böyük həcmli məlumatlarla işləmək bacarığı
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib köməkçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.