VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- İş metodunun, keyfiyyətə nəzarət proseduralarının hazırlanması, sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanması, obyektdə yerinə yetirilən hər bir iş üzrə yoxlama vərəqlərinin hazırlanması, yoxlanması və qeydlərin aparılması, gündəlik yerinə yetirilmiş işlər, işçilərin sayı, işin aparıldığı ərazi göstərilməklə gündəlik hesabatların hazırlanması və yayımlanması, üstü örtülən işlərin aktlarının iş içraçısı tərəfindən hazırlanmasına, doldurulmasına və maraqlı tərəflər arasında imzalanmasına, möhürlənməsinə nəzarət və bu aktların saxlanması üçün KN departamentinə verilməsinə cavabdeh olmalıdır.
- Sahədə işlərin layihəyə uyğunluğunu yoxlamalı, yerinə yetirilmiş işlərin İnşaat Norma və Qaydalarının normalarına uyğunluğu barədə hesabat verməlidir.
TƏLƏB OLUNANLAR:
- Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili və Rus dili
- Təhsili: Ali
- Yaş həddi: 25-55 yaş
- İş təcrübəsi: Minimum 3 il təcrübə
İŞ ŞƏRAİTİ:
- İş saati: həftənin 6 günü
- Əmək haqqı: Razılaşma yolu ilə
Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri:
- Keyfiyyətə nəzarət üzrə mütəxəssis olaraq inşaat sektorunda ən az 3 il iş təcrübəsi olmalı;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Proqram təminatı: MS Office, MS visio
BİLMƏLİDİR:
- İSO 9001:2015 standartının əsaslarını;
- Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
- Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini;
- Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.