Elit Lombard Elit Lombard
  • 441

Filial Direktoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Filial Direktoru

  • Deadline 12 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Elit Lombard” fəaliyyət dairəsini genişləndirməsi ilə əlaqədar olaraq Ağcabədi, Bərdə, Yevlax və İmişli şəhərləri üzrə Filial Direktoru vəzifəsinə təcrübəli namizədlərin müraciətini elan edir.

Əgər kredit sahəsində təcrübəyə maliksinizsə və xüsusilə lombard sektorunda çalışmısınızsa, sizi peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Təklif edirik:

  • Əmək haqqı: 1500 – 2000 AZN
  • Əmək haqqının 2 mislinədək bonus qazanmaq imkanı
  • Stabil və inkişaf edən şirkətdə çalışma imkanı
  • Karyera və peşəkar inkişaf perspektivi
  • Peşəkar və dəstəkçi iş mühiti

Tələblər:

  • Kredit sahəsində minimum 2 il iş təcrübəsi
  • Lombard sahəsində iş təcrübəsi mütləqdir
  • İdarəetmə və liderlik bacarıqları
  • Microsoft Office proqramlarında işləmək bacarığı
  • Məsuliyyətli, nəticəyönümlü və komandada işləmək bacarığı

Əsas vəzifələr:

  • Filialın gündəlik fəaliyyətinin idarə olunması
  • Kredit işçilərinin fəaliyyətinə nəzarət
  • Kredit portfelinin keyfiyyətinin qorunması
  • Problemli kreditlərlə işin təşkili
  • Satış və kredit göstəricilərinin yerinə yetirilməsi

Uyğun namizədlər CV-lərini “Filial Direktoru” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər:

Əlaqə (+994 55) 355-90-20

Vakansiya üzrə şəhərlər: Ağcabədi, Bərdə, Yevlax və İmişli.

  • Daily7
  • Weekly119
  • Monthly2158