Vəzifə üzrə tələblər:
- Ali təhsil (arzuolunandır)
- Dil bilikləri : Rus, İngilis ( danışıq səviyyəsində bilmək mütləqdir)
- Ayaqqabı satışı sahə üzrə ən azı 5 il iş təcrübəsi;
- Kommunikasiya və təqdimetmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə bacarıqları;
- Microsoft Office proqramlarını bilmək;
- 1 C proqramı (arzuolunandır)
Vəzifə təlimatları haqqında:
- Effektiv planlama və düzgün qiymət siyasəti ilə Şirkətin satış hədəflərinin müəyyən edilməsi;
- Şirkətin satış strategiyasının hazırlanması
- Əsasən xarici bazar üzrə potensial satış bazarının və müştəri auditoriyasının müəyyən edilməsi;
- Daxili və Xarici bazarı araşdırmalı satışı həyata keçirdə bilməsi üçün bütün kanallardan istifadə etməli;
- Satış üzrə təqdimat və təkliflərin hazırlanması;
- Satış nümayəndələrinin qarşısına düzgün satış hədəflərinin qoyulması;
Şirkətin məhsul və qiymət planlamasını hazırlamaq; - Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsini təmin etmək;
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək;
- Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və rəhbərliyə təqdim edilməsi;
- Müştəri bazasının saxlanılması, təhlili və sistemləşdirilməsi üzrə işin təşkili;
- Şirkətin satış planlarının yerinə yetirilməsi proseslərinin təmin olunması;
- Satış şöbəsinin formalaşdırılması;
- Şöbə üzrə bonus hesablanma qaydasının təyin edilməsi;
- Şöbənin işinə nəzarət;
İş haqqında məlumat:
- İş yeri: Bakı şəhəri, Zabrat 2
- İş qrafiki: 6 günlük iş qrafiki
- İşə qəbul, Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında
- Korporativ nömrə şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Cv-lərinizi mail adresinə göndərməyinizi xahiş edirik və yaxud mövcud vakansiya ilə bağlı whatsapp nömrəsi ilə (051)934-61-49 əlaqə saxlaya bilərsiniz.