Satınalma üzrə mütəxəssis (Daxili bazar)

  • Deadline 27 Dekabr 2026

İşin təsviri:

  • Tələb olunan malların və xidmətlərin alışı istiqamətində tədarükçülərlə danışıqlar aparmaq, sorğular göndərmək və əlverişli qiymət təkliflərinin əldə olunmasını təmin etmək;
  • Bazar araşdırması aparmaq və potensial təchizatçıları tapmaq;
  • Bazar araşdırması və tələbnamələrin icra vəziyyəti barədə rəhbərliyə hesabatlar təqdim etmək;
  • Bazarın monitorinqini aparmaq;
  • Şirkət üçün əhəmiyyət kəsb edən malların istehsalçılarının tapılması istiqamətində fəaliyyət göstərmək;
  • Tələb olunan mal - material və xidmətlərin prosedura əsaslanaraq vaxtında çatdırmaq;
  • Bazar araşdırması nəticəsində alınmış qiymət təkliflərinin xüsusi təklif qiymətləndirmə formasına yığmaq və rəhbərliyə təqdim etmək;
  • Malların çatdırılması prosesini və ödənişlərinin həyata keçirilməsini təşkil etmək;
  • Tenderləri təşkil etmək

Tələblər:

  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
  • Azərbaycan, rus dillərini sərbəst danışıq və yazı səviyyəsində bilməli;
  • Verilən işi vaxtında və operativ təhvil vermək bacarığı;
  • Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
  • Analitik düşüncəyə sahib, problemləri sadə yollarla həll etmə bacarığı;

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı "Satınalma üzrə mütəxəssis" qeyd edib göndərəsiniz.

Vakansiya növü - Tam ştat

Əmək haqqı 900 - 1100 AZN

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily112
  • Weekly477
  • Monthly1941