İşin təsviri:
- Tələb olunan malların və xidmətlərin alışı istiqamətində tədarükçülərlə danışıqlar aparmaq, sorğular göndərmək və əlverişli qiymət təkliflərinin əldə olunmasını təmin etmək;
- Bazar araşdırması aparmaq və potensial təchizatçıları tapmaq;
- Bazar araşdırması və tələbnamələrin icra vəziyyəti barədə rəhbərliyə hesabatlar təqdim etmək;
- Bazarın monitorinqini aparmaq;
- Şirkət üçün əhəmiyyət kəsb edən malların istehsalçılarının tapılması istiqamətində fəaliyyət göstərmək;
- Tələb olunan mal - material və xidmətlərin prosedura əsaslanaraq vaxtında çatdırmaq;
- Bazar araşdırması nəticəsində alınmış qiymət təkliflərinin xüsusi təklif qiymətləndirmə formasına yığmaq və rəhbərliyə təqdim etmək;
- Malların çatdırılması prosesini və ödənişlərinin həyata keçirilməsini təşkil etmək;
- Tenderləri təşkil etmək
Tələblər:
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
- Azərbaycan, rus dillərini sərbəst danışıq və yazı səviyyəsində bilməli;
- Verilən işi vaxtında və operativ təhvil vermək bacarığı;
- Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
- Analitik düşüncəyə sahib, problemləri sadə yollarla həll etmə bacarığı;
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı "Satınalma üzrə mütəxəssis" qeyd edib göndərəsiniz.
Vakansiya növü - Tam ştat
Əmək haqqı 900 - 1100 AZN
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.