Qrafik Dizayner üzrə Təcrübəçi

  • Deadline 13 Avqust 2026

Siz yaradıcı düşüncənizi real layihələrdə sınamaq, sosial media kontentləri hazırlamaq və dizayn sahəsində praktiki təcrübə qazanmaq istəyirsinizsə — bu təcrübə proqramı sizin üçündür!

Əsas vəzifə öhdəlikləri

  • Sosial media platformaları (Instagram, Facebook və s.) üçün vizual postların və digər qrafik materialların hazırlanması
  • Brend kimliyinə uyğun kreativ dizayn konseptlərinin işlənməsi
  • Verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi
  • Daim yenilənən dizayn trendlərini izləmək və gündəlik işlərdə tətbiq etmək
  • Komanda ilə əməkdaşlıq edərək ideyaların vizuallaşdırılması

Namizədə tələblər

  • Yaş: 18–25
  • Təhsil: Ali təhsil (Qrafik dizayn, qrafika, vizual kommunikasiya və ya müvafiq sahə üzrə)
  • Adobe Photoshop və Adobe Illustrator proqramlarında baza biliklər
  • Kreativ düşüncə və güclü estetik zövq
  • Öyrənməyə açıq, məsuliyyətli və detallara diqqətli yanaşma
  • CorelDraw üzrə praktiki iş təcrübəsi.

Təcrübə proqramı haqqında

  • İş qrafiki: həftənin 5 günü,
  • İstirahət günləri: Şənbə və Bazar
  • İş yeri: 25 Plaza
  • Təcrübə proqramı ödənişlidir və müddət: 3 ay
  • Şirkət tərəfindən aylıq 200 AZN ödəniş nəzərdə tutulur

Biz sizə nə təklif edirik?

  • Real layihələr üzərində işləmək imkanı
  • Peşəkar komanda ilə inkişaf etmək şansı
  • Güclü portfolio qurmaq üçün real iş təcrübəsi
  • Dizayn sahəsində praktiki biliklərin artırılması

Mövzu hissəsində “Qrafik Dizayner (Təcrübəçi)” qeyd edərək şəkilli CV-nizi və əgər mövcuddursa, portfolio linkinizi və ya faylınızı Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərməyiniz xahiş olunur.

  • Daily1
  • Weekly143
  • Monthly1207