Satınalma və Kateqoriya Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma və Kateqoriya Meneceri

  • Deadline 9 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kosmetika Brendinə Satınalma və Kateqoriya Meneceri Axtarılır!

Kosmetika sahəsində güclü bir brend qururuq – keyfiyyətli, trendləri müəyyən edən və yerli-beynəlxalq bazarlarda tanınacaq kosmetika markası! Bu brendin qurulmasında bizimlə birlikdə yol getmək üçün Satınalma və Kateqoriya Meneceri axtarırıq.

Öhdəliklərin nələr olacaq?

  • Kosmetika məhsullarının satınalma prosesini vaxtında və şirkət prosedurlarına uyğun icra etmək;
  • Yerli və xarici bazarların təhlili, potensial təchizatçıların araşdırılması və seçimi;
  • Tələb olunan məhsullar üzrə bazar trendlərini və istehlakçı ehtiyaclarını təhlil etmək;
  • Təchizatçılarla effektiv danışıqlar aparmaq, müqavilə şərtlərini təhlil edib bağlamaq;
  • Məhsul kateqoriyalarını formalaşdırmaq, çeşidlərin planlaşdırılması və təkmilləşdirilməsi;
  • Satınalma və xərclərlə bağlı analitik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Təchizatçı bazasını qurmaq və onları qiymətləndirmək;
  • Brendin inkişafı ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Tələblərimiz:

  • Ali təhsil (iqtisadiyyat, marketinq və ya idarəetmə sahəsində üstünlükdür);
  • Kosmetika və ya retail sektorunda minimum 1-3 il təcrübə;
  • Azərbaycan və ingilis dillərində danışıq bacarığı (rus və türk dili üstünlükdür);
  • Trendləri izləməyi sevən, estetik və analitik düşüncəli biri;
  • Təchizatçı münasibətlərində peşəkar yanaşma və danışıqlar bacarığı;
  • MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmə qabiliyyəti;
  • Komanda ruhu, nəticə yönümlü və təşəbbüskar yanaşma.

Təklif edirik?

  • Azərbaycanın yeni kosmetika brendində əsas rolu oynamaq imkanı;
  • Yaradıcı və azad qərarvermə mühiti;
  • Karyera inkişafı və beynəlxalq bazara çıxış perspektivi;
  • Bakı şəhərində, rahat ofis (RST Global Plaza, Ulduz m/s yaxınlığı);
  • Rəsmi əmək müqaviləsi və 5 günlük iş rejimi.

 Gələcəyin brendini birlikdə quraq!

Özünü bu brendin bir parçası kimi görürsənsə, CV-ni və varsa, yaratdığın layihə və portfolionu bizimlə paylaş – Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanında səni gözləyirik!

  • Daily23
  • Weekly783
  • Monthly1530