Sahə: İstilik və soyutma texnologiyaları, HVAC sistemləri, enerji səmərəliliyi
Komandamıza peşəkar və analitik düşüncəyə sahib bir İstilik Sistemləri üzrə Mühəndis axtarırıq!
Əgər sən istilik sistemləri üzrə dərin texniki biliklərə sahibsənsə, beynəlxalq layihələrdə iştirak etməyə hazırsansa və enerji səmərəliliyi sənin üçün prioritetdirsə — bu imkan sənin üçündür!
İş şəraiti
- Ünvan: Bakı, Azərbaycan
- İş rejimi: Tam ştat, ofisdaxili
Əsas vəzifələr:
- İstilik və soyutma sistemləri üzrə texniki məsələlərin həlli və strateji qərarlara töhfə vermək
- Texniki sənədlərin hazırlanması və beynəlxalq tərəfdaşlarla kommunikasiya
- HVAC və AİT üzrə ixtisaslaşmış şirkətlərlə əməkdaşlıq
- İstilik sistemlərinə dair bazar araşdırmaları və texniki dəstək
- Qaz qazanxanaları və istilik təchizatı sahəsində texniki təhlillər
- Regional şəbəkələrin planlanması və səmərəlilik təhlilləri
- Milli istilik standartlarının hazırlanmasında iştirak
Tələblər:
- Mühəndislik (Mexanika və ya digər yaxın sahə) üzrə bakalavr dərəcəsi
- İngilis dilində texniki sənəd hazırlamaq bacarığı
- İstilik, soyutma və HVAC sahəsində minimum 5 il iş təcrübəsi
- Layihələndirmə və mühəndislik şirkətlərində praktik təcrübə
- Güclü analitik və komanda işi bacarıqları
Üstünlük verilən keyfiyyətlər:
- HVAC və AİT üzrə ixtisaslaşmış layihələrdə təcrübə
- Milli və beynəlxalq istilik layihələrində iştirak
- Enerji səmərəliliyi və texniki standartların hazırlanması sahəsində biliklər
Əgər sən bu sahədə dəyər qatmaq, innovativ həllər üzərində işləmək və istilik sistemlərinin gələcəyini formalaşdırmaq istəyirsənsə — sənə komandamızda yer var!
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.