İş yeri/Şirkət: Energy Monitoring LLC
Vəzifənin məqsədi:
- Günəş enerji sistemləri və elektrik infrastruktur layihələrində kabel çəkilişi, invertorların və elektrik avadanlıqlarının quraşdırılması, sazlanması və texniki xidmət işlərinin həyata keçirilməsi.
Əsas vəzifələr:
- Elektrik kabellərinin çəkilişi və düzgün qoşulması;
- İnvertorların və elektrik avadanlıqlarının montajı;
- Günəş enerji sistemlərinin elektrik hissəsinin quraşdırılması;
- Elektrik sxemlərinin oxunması və tətbiqi;
- Sistemlərin test edilməsi və işə salınması;
- Nasazlıqların aşkarlanması və aradan qaldırılması;
- Texniki xidmət və profilaktik baxım işləri;
- Əməyin mühafizəsi qaydalarına riayət edilməsi.
Tələblər:
- Elektrik sahəsində minimum 2 il təcrübə;
- Kabel çəkilişi və invertor montajı üzrə praktiki bacarıq;
- Elektrik sxemlərini oxuma bacarığı;
- Multimetr və ölçü cihazlarından istifadə təcrübəsi;
- Hündürlükdə işləmə bacarığı;
- Günəş enerji sistemlərində (Solar PV) təcrübə üstünlükdür.
Üstünlüklər:
- Solar PV layihələrində iş təcrübəsi;
- Elektrik təhlükəsizliyi üzrə sertifikatlar;
- Sənaye elektrik montaj təcrübəsi.
Şəxsi keyfiyyətlər:
- Məsuliyyətlilik və diqqət;
- Operativlik;
- Komanda ilə işləmə bacarığı;
- Nəticəyönümlülük;
- Nizam-intizam.
CV-lər mövzu hissəsində vəzifə adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilsin.