İş yeri: Bakı, Azərbaycan
Hazırda marketinq və korporativ kommunikasiya fəaliyyətlərinin gücləndirilməsi məqsədilə Qrafik Dizayner / Motion Dizayner vəzifəsi üzrə peşəkar namizədlərin müraciətlərini qəbul edirik.
Vəzifə öhdəlikləri:
- Şirkətin korporativ standartlarına uyğun qrafik dizayn materiallarının hazırlanması;
- Sosial media, veb-sayt və digər rəqəmsal platformalar üçün vizual məzmunların yaradılması;
- Motion qrafika, animasiya və video kontentlərin hazırlanması;
- Korporativ təqdimatlar, broşürlər, kataloqlar, reklam materialları və digər marketinq məhsullarının dizaynı;
- Brend identikliyinin qorunması və inkişaf etdirilməsi;
- Marketinq və biznes inkişafı komandaları ilə koordinasiyalı fəaliyyət göstərilməsi;
- Müasir dizayn trendlərinin izlənilməsi və tətbiq olunması.
Tələblər:
- Qrafik dizayn, vizual kommunikasiya və ya əlaqəli sahə üzrə təhsil;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Adobe Photoshop, Adobe Illustrator və Adobe After Effects proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Video montaj proqramları (Adobe Premiere Pro, DaVinci Resolve və s.) üzrə biliklər;
- Kreativ yanaşma, vizual düşünmə və detallara diqqət;
- Vaxtın effektiv idarə olunması və komanda ilə işləmə bacarığı;
- Portfolio təqdim olunması mütləqdir.
Üstünlük veriləcək namizədlər:
- Enerji, texnologiya və ya sənaye sektorunda dizayn təcrübəsi olanlar;
- 3D qrafika və animasiya proqramları üzrə biliklərə malik şəxslər;
- UI/UX dizayn sahəsində ilkin bilik və təcrübəsi olan namizədlər.
Maraqlanan namizədlərdən CV və portfolio fayllarını Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərmələri xahiş olunur.