Satış və Koordinasiya üzrə Təmsilçi

  • Истекает 16 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Generatorların satışı, icarəsi və servis xidmətləri istiqamətində fəaliyyət göstərən şirkətimiz komandasına aktiv, məsuliyyətli və yüksək təşkilatçılıq bacarığına malik xanım əməkdaş axtarırıq.

İş şəraiti

  • İş yeri: Bakı
  • İş qrafiki: Həftədə 5 gün, 08:00–17:00
  • Əməkhaqqı: 600 AZN sabit əməkhaqqı + satış/KPI əsaslı bonus

Əsas vəzifələr

  • Potensial müştərilərlə əlaqə saxlamaq və yeni satış imkanları yaratmaq;
  • Generatorların satışı, icarəsi və servis xidmətlərini müştərilərə təqdim etmək;
  • Müştəri sorğularını qəbul etmək və aidiyyəti texniki/sahə komandasına yönləndirmək;
  • Qiymət təkliflərinin hazırlanmasına və müştərilərə təqdim edilməsinə dəstək olmaq;
  • Müştərilərlə telefon, e-mail və digər kommunikasiya kanalları vasitəsilə gündəlik əlaqə saxlamaq;
  • Ofis və sahə komandaları arasında gündəlik koordinasiyanı təmin etmək;
  • Servis, icarə və digər sahə işlərinin icra vəziyyətini izləmək;
  • Müştəri müraciətləri, satış imkanları və görülən işlər üzrə gündəlik hesabatlar hazırlamaq;
  • Müştəri və satış məlumatlarını sistemli şəkildə qeydiyyata almaq və yeniləmək;
  • Rəhbərlik tərəfindən müəyyən edilmiş satış və KPI hədəflərinin icrasına çalışmaq.

Namizədə tələblər

  • Xanım namizəd
  • Microsoft Office proqramlarını, xüsusilə Excel, Word, PowerPoint və Outlook-u çox yaxşı bilmək;
  • Kompüterdə sürətli, dəqiq və sistemli işləmək bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
  • İngilis və rus dillərini bilmək üstünlükdür;
  • Güclü satış və müştəri ünsiyyəti bacarığı;
  • Hesabat hazırlamaq və məlumatları sistemləşdirmək bacarığı;
  • Ofis və sahə komandaları ilə koordinasiyalı işləmək bacarığı;
  • Məsuliyyətli, operativ, diqqətli və nəticəyönümlü olmaq.

Biz təklif edirik

  • 600 AZN sabit əməkhaqqı;
  • Satış və KPI nəticələrinə əsaslanan bonus sistemi;
  • Korporativ mobil telefon və korporativ nömrə;
  • Generator və enerji avadanlıqları sektorunda praktiki iş təcrübəsi;
  • Peşəkar inkişaf imkanı;
  • İş nəticələrinə uyğun gəlir artımı imkanı.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

E-mailin mövzu (Subject) hissəsində: “Satış və Koordinasiya üzrə Təmsilçi” qeyd etməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly514
  • Monthly1607