Vəzifə öhdəlikləri:
- Proseslərin avtomatlaşdırılması üçün sensorlar, aktuatorlar, PLC, SCADA, HMI və digər avadanlıqların layihələndirilməsi və seçilməsi.
- Sxemlərin və texniki cizgilərin (elektrik, pnevmatik, idarəetmə) hazırlanması.
- İdarəetmə alqoritmlərinin qurulması və proqramlaşdırılması (PLC kodlaşdırma: Siemens, Schneider, Omron və s.).
- PLC proqramlarının yazılması, test olunması və istismara verilməsi.
- SCADA və HMI interfeyslərinin hazırlanması və qrafik dizaynların qurulması.
- Avtomatlaşdırma sistemlərinin montajına nəzarət və quraşdırma sxeminə uyğunluğunun yoxlanması.
- Sensorların, siqnal kabellərinin, çıxış cihazlarının düzgün işləməsinin yoxlanılması.
- İdarəetmə sistemlərinin ilk işə salınması (commissioning) və sistem sınaqları.
- Quraşdırma və proqram təminatı ilə bağlı as-built sənədlərin hazırlanması.
- Layihə üzrə sifarişçi və podratçılarla texniki yazışmaların aparılması.
Tələblər:
- Mühəndislik üzrə ali təhsil;
- Avtomatika sistemləri üzrə ən azı 5 il iş təcrübəsi;
- Avtomatika normativləri və qaydaları haqqında dərin biliklər;
- AutoCAD, MS Office və digər müvafiq proqramlardan istifadə bacarığı;
Əlavə məlumat:
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 6 günlük iş qrafiki
- İş yeri Zığ qəsəbəsi
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Avtomatika mühəndisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.