Əsas vəzifə öhdəlikləri:
- Müqavilə layihələrini hazırlamaq, onların yaxşılaşdırılması üçün təkliflər vermək;
- Kontragentlərlə danışıqlar aparmaq və müqavilənin şərtlərini müzakirə etmək, müqavilələrin orijinallarının mübadiləsini həyata keçirmək və onların imzalanmasını təmin etmək;
- Filial Rəhbərliyi tərəfindən razılaşdırılması və imzalanması üçün təqdim edilməsi tələb olunan sənədlərin mövcudluğunu və tam olmasını təmin etmək;
- Müqavilələrin və müqavilələrə əlavə razılaşmaların layihələrini hazırlamaq;
- Bağlanmış müqavilələr üzrə yerinə yetirilmiş işlər/göstərilmiş xidmətlər üzrə kontragentlərlə hesablaşmaların düzgünlüyünə nəzarəti həyata keçirmək;
- Kontragentlər Filial tərəfindən bağlanan müqavilələr üzrə müəyyən edilmiş vəzifələri pozduğu halda, penya və cərimələrin tutulması üzrə pretenziya işində iştirak etmək;
- Müqavilələr üzrə vəzifələrin icrasının monitorinqini aparmaq;
- Bağlanmış müqavilələr üzrə reyestrlərin aparılması.
Tələblər:
- Qadın namizəd, 35 yaşadək;
- Hüquq üzrə ali təhsil;
- Hüquq sahəsində azı 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı, ingilis dili üzrə isə işgüzar səviyyədə ünsiyyət bacarığı;
- Müqavilə hüququ sahəsində təcrübə, müqavilələrin hazırlanması və hüquqi analiz bacarığı.
Namizədin işə başlama tarixi: 2025-ci ilin iyul ayının ortaları – avqust ayının əvvəli.
Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında müəyyən olunacaq.
Uyğun namizədlər CV-lərini “Hüquqşünas” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.