"Enter Engineerıng PTE. Ltd." Şirkətinin Azərbaycan Respublikasındakı Filialı
Əsas vəzifə öhdəlikləri:
Hazırlıq və təşkilatı işlər
- Layihə və iş sənədlərinin öyrənilməsi, rəylərin və təkliflərin hazırlanması.
- İşlərin icra planının, qrafiklərin və həcmlərin tərtibi.
- Materiallar, avadanlıq və mexanizmlər üçün sifarişlərin hazırlanması.
- Layihə sənədlərinin, resursların və materialların vaxtında təmin edilməsinin nəzarəti.
- Layihədə dəyişikliklərin və düzəlişlərin razılaşdırılması.
Sənədləşmə işlərinin aparılması
- İcra sənədlərinin hazırlanması (aktlar, istehsal jurnalları, icra sxemləri).
- İşlərin qəbulu və təsdiqi üçün aktların hazırlanmas.
- Həcm, maliyyə və tikinti müddətləri üzrə ümumi hesabatların aparılması.
- Podratçılar tərəfindən hazırlanmış aktların, sxemlərin və jurnalların düzgün tərtib olunmasına nəzarət edilməsi.
Maliyyə və smeta işləri
- Lokal smetların hazırlanması, smeta sənədlərinin və qiymətlərin yoxlanılması.
- Faktiki həcmlərin layihə və smeta göstəriciləri ilə müqayisəsi.
- İcra olunmuş işlərin ödənişi üçün həcmlərin razılaşdırılması.
- Xərclərin təhlili və maya dəyərinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması.
Texniki nəzarət və koordinasiya
- İşlərin layihəyə uyğunluğuna nəzarət edilməsi.
- Texniki nəzarət və işlərin qəbulu prosesində iştirak.
- Sahələr, podratçılar və sifarişçi arasında koordinasiya.
- Podratçılar üçün texniki tapşırıqların hazırlanması.
- İş qrafiklərinin yerinə yetirilməsinə nəzarət.
İstehsalın dəstəklənməsi və texnologiyaların tətbiqi
- Yeni texnologiyalar, metodlar və materialların hazırlanması və tətbiqində iştirak.
- Tikinti sahəsinin normativ və texnoloji sənədlərlə təmin olunması.
- İşçi təhlükəsizliyi və sənaye təhlükəsizliyi tədbirlərinin hazırlanmasında iştirak.
Analitika və hesabatlıq
- Həftəlik və aylıq hesabatların hazırlanması, plan və həcmlərin yerinə yetirilməsinin izlənilməsi.
- Qrafikdən çıxma səbəblərinin təhlili və aradan qaldırılması üzrə təkliflər.
- İstehsal planları, proqnozlar və rəhbərliyə hesabatların hazırlanmasında iştirak.
Tələblər:
- Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi;
- İnşaat mühəndisliyi üzrə ali təhsil;
- Vaxtaşırı Ağdam rayonuna ezamiyyətə getmək imkanı.
Biliklər:
- Rus dilində sərbəst ünsiyyət və sənədləşmə bacarığı;
- Azərbaycan Respublikasının tikinti norma və qaydaları və müvafiq normativ-hüquqi aktlar üzrə biliklər;
- Tikintidə layihə-smeta işlərinin təşkili və müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrləri və metodiki/normativ sənədlərlə işləmə bacarığı;
- Layihə-smeta sənədlərinin hazırlanması, razılaşdırılması və təsdiq olunması proseslərini bilmək;
- Smeta və smeta-maliyyə hesablamaları, kalkulyasiyaların hazırlanması, vahid qiymətlərin topluları və preyskurant cədvəlləri üzrə təcrübə;
- İnşaat materialları, konstruksiyalar və avadanlıqların quraşdırılması üzrə sənədlərin hazırlanması və istifadə qaydalarını bilmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi norma və qaydalarına riayət bacarığı.
Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında müəyyən olunacaq.
Uyğun namizədlər CV-lərini “Texniki istehsalat şöbəsinin mühəndisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.