E Enter Engineerıng PTE. Ltd
  • 250

Enter Engineerıng PTE. Ltd

Other

Texniki istehsalat şöbəsinin mühəndisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Texniki istehsalat şöbəsinin mühəndisi

  • Истекает 5 декабрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

"Enter Engineerıng PTE. Ltd." Şirkətinin Azərbaycan Respublikasındakı Filialı

Əsas vəzifə öhdəlikləri:

Hazırlıq və təşkilatı işlər

  • Layihə və iş sənədlərinin öyrənilməsi, rəylərin və təkliflərin hazırlanması.
  • İşlərin icra planının, qrafiklərin və həcmlərin tərtibi.
  • Materiallar, avadanlıq və mexanizmlər üçün sifarişlərin hazırlanması.
  • Layihə sənədlərinin, resursların və materialların vaxtında təmin edilməsinin nəzarəti.
  • Layihədə dəyişikliklərin və düzəlişlərin razılaşdırılması.

Sənədləşmə işlərinin aparılması

  • İcra sənədlərinin hazırlanması (aktlar, istehsal jurnalları, icra sxemləri).
  • İşlərin qəbulu və təsdiqi üçün aktların hazırlanmas.
  • Həcm, maliyyə və tikinti müddətləri üzrə ümumi hesabatların aparılması.
  • Podratçılar tərəfindən hazırlanmış aktların, sxemlərin və jurnalların düzgün tərtib olunmasına nəzarət edilməsi.

Maliyyə və smeta işləri

  • Lokal smetların hazırlanması, smeta sənədlərinin və qiymətlərin yoxlanılması.
  • Faktiki həcmlərin layihə və smeta göstəriciləri ilə müqayisəsi.
  • İcra olunmuş işlərin ödənişi üçün həcmlərin razılaşdırılması.
  • Xərclərin təhlili və maya dəyərinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması.

Texniki nəzarət və koordinasiya

  • İşlərin layihəyə uyğunluğuna nəzarət edilməsi.
  • Texniki nəzarət və işlərin qəbulu prosesində iştirak.
  • Sahələr, podratçılar və sifarişçi arasında koordinasiya.
  • Podratçılar üçün texniki tapşırıqların hazırlanması.
  • İş qrafiklərinin yerinə yetirilməsinə nəzarət.

İstehsalın dəstəklənməsi və texnologiyaların tətbiqi

  • Yeni texnologiyalar, metodlar və materialların hazırlanması və tətbiqində iştirak.
  • Tikinti sahəsinin normativ və texnoloji sənədlərlə təmin olunması.
  • İşçi təhlükəsizliyi və sənaye təhlükəsizliyi tədbirlərinin hazırlanmasında iştirak.

Analitika və hesabatlıq

  • Həftəlik və aylıq hesabatların hazırlanması, plan və həcmlərin yerinə yetirilməsinin izlənilməsi.
  • Qrafikdən çıxma səbəblərinin təhlili və aradan qaldırılması üzrə təkliflər.
  • İstehsal planları, proqnozlar və rəhbərliyə hesabatların hazırlanmasında iştirak.

Tələblər:

  • Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi;
  • İnşaat mühəndisliyi üzrə ali təhsil;
  • Vaxtaşırı Ağdam rayonuna ezamiyyətə getmək imkanı.

Biliklər: 

  • Rus dilində sərbəst ünsiyyət və sənədləşmə bacarığı;
  • Azərbaycan Respublikasının tikinti norma və qaydaları və müvafiq normativ-hüquqi aktlar üzrə biliklər;
  • Tikintidə layihə-smeta işlərinin təşkili və müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrləri və metodiki/normativ sənədlərlə işləmə bacarığı;
  • Layihə-smeta sənədlərinin hazırlanması, razılaşdırılması və təsdiq olunması proseslərini bilmək;
  • Smeta və smeta-maliyyə hesablamaları, kalkulyasiyaların hazırlanması, vahid qiymətlərin topluları və preyskurant cədvəlləri üzrə təcrübə;
  • İnşaat materialları, konstruksiyalar və avadanlıqların quraşdırılması üzrə sənədlərin hazırlanması və istifadə qaydalarını bilmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi norma və qaydalarına riayət bacarığı.

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında müəyyən olunacaq. 

Uyğun namizədlər CV-lərini “Texniki istehsalat şöbəsinin mühəndisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly369
  • Monthly390