İş yeri: Meyvəli Bazarı
İş barədə məlumat:
Ertagro MMC kamera nəzarət sistemlərinə daimi nəzarət edəcək məsuliyyətli əməkdaş axtarır. Namizəd obyektlərdə quraşdırılmış kameralar vasitəsilə baş verən prosesləri izləməli, şübhəli halları müəyyən edib vaxtında məlumat verməlidir.
İş qrafiki:
Növbəli iş rejimi
- 07:00 – 15:00
- 15:00 – 23:00
Əmək haqqı: 700 – 900 AZN
Vəzifə öhdəlikləri:
- Kamera görüntülərinin davamlı izlənməsi
- Şübhəli halların aşkar olunması və qeydiyyatı
- Hadisələr barədə rəhbərliyə operativ məlumat verilməsi
- Arxiv görüntülərlə işləmək
Namizədə tələblər:
- CCTV/kamera nəzarət sahəsində iş təcrübəsi (mütləq)
- Diqqətli və məsuliyyətli olmaq
- Operativ qərarvermə bacarığı
- Nizam-intizam və komandada işləmə qabiliyyəti
Şərtlər:
- Həftədə 1 gün istirahət
- Nahar şirkət tərəfindən təmin olunur
Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən email ünvanına göndərə bilərlər.