Tələblər:
- Ali iqtisadi təhsil;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan, rus, ingilis dillərində mükəmməl ünsiyyət və yazı bacarığı;
- Microsoft Office proqramlarından peşəkar istifadə bacarığı;
- Yüksək səviyyədə ünsiyyət, liderlik və qərarvermə bacarığı;
Vəzifələr:
- Bazarın təhlili, tələb olunan materialların xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
- Satınalma fəaliyyətinin ümumi müəssisə fəaliyyəti cədvəlinə, büdcəyə, keyfiyyətə və tamlığa uyğun olmasını təmin etmək üçün satınalma prosesləri və departamentlərarası koordinasiyanın həyata keçirilməsi və nəzarət edilməsi;
- Keyfiyyət və büdcəyə təsir göstərən satınalma risklərinin idarə edilməsi və zəruri hallarda lazımi düzəliş tədbirlərinin təklif edilməsi;
- Satınalma icra planının hazırlanması və yenilənməsi;
- İddiaçılar siyahısının hazırlanması və təqdim edilməsi (vendor list);
- Müəssisə rəhbərliyinə hesabatların hazırlanması;
- Satınalma prosedurlarının və bütün satınalma zənciri zamanı istifadə ediləcək hər hansı sənəd formalarının tərtibi və təqdim olunması;
- Satınalma fəaliyyətinin satınalma prosedurlarına, qaydalarına və təlimatlarına uyğun həyata keçirilməsinin təmin edilməsi.
Əlavə təminatlar:
- Nahar
- Korporativ nömrə
İş şəraiti:
- Əmək haqqı bazar rəqabətlidir, namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.
- İş qrafiki: Bazar ertəsi - Şənbə: 09:30 – 18:30