İş barədə məlumat:
- Ertagro MMC meyvə-tərəvəz sahəsində xarici satınalma proseslərini idarə edəcək təcrübəli və təşəbbüskar namizəd axtarır. Namizəd beynəlxalq təchizatçılarla əlaqələrin qurulması, məhsul tədarükünün təşkili və logistika proseslərinin koordinasiyası ilə məşğul olacaq.
Əsas vəzifələr:
- Xarici meyvə-tərəvəz təchizatçıları ilə danışıqların aparılması
- Mövsümi məhsullar üzrə satınalma planlarının hazırlanması
- Sifarişlərin hazırlanması və çatdırılmanın izlənməsi
- Qiymət təkliflərinin toplanması və müqayisəsi
- Müqavilələrin hazırlanmasında iştirak
- Logistika və idxal proseslərinin koordinasiyası
- Bazar araşdırmalarının aparılması və yeni təchizatçıların cəlb edilməsi
- Məhsul keyfiyyətinə və standartlara nəzarət
Tələblər:
- Meyvə-tərəvəz sektorunda satınalma və ya satış üzrə təcrübə – mütləqdir
- İngilis dili – yüksək səviyyədə (mütləq)
- Rus dili – yüksək səviyyədə (mütləq)
- Danışıqlar aparma və təchizatçı idarəetmə bacarığı
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq
İş şəraiti:
- Əmək haqqı: 1500 AZN
- Korporativ nömrə ilə təmin olunma
- Nahar şirkət tərəfindən qarşılanır
- Xarici ezamiyyət imkanları
- İş yeri: Bakı
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.