Vəzifənin məqsədi:
Satış mütəxəssisi şirkətin məhsul və xidmətlərinin satışını həyata keçirməli, yeni müştərilərin cəlb olunmasını təmin etməli, mövcud müştəri bazası ilə əlaqələri inkişaf etdirməli və satış planlarını icra etməlidir. Əsas məqsəd – tekstil sahəsində şirkətin dövriyyəsini artırmaq və bazar payını genişləndirməkdir.
Əsas vəzifə öhdəlikləri:
- Yeni müştərilərin axtarışı və ilk əlaqələrin qurulması (soyuq zənglər, görüşlər, yazışmalar)
- Potensial müştərilərlə məhsul təqdimatları və danışıqların aparılması
- Müştəri ehtiyaclarının təhlili və onlara uyğun fərdi təkliflərin hazırlanması
- Qiymət təkliflərinin və müqavilələrin hazırlanması
- Satış prosesinin bütün mərhələlərinin idarə olunması
- Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması və satış sonrası dəstək
- Satış planı və kvotaların yerinə yetirilməsi (aylıq/rüblük/hədəf satışlar)
- Rəqib bazar analizləri, qiymət müqayisələri və sektor üzrə tendensiyaların izlənilməsi
- Satış fəaliyyətləri ilə bağlı rəhbərliyə mütəmadi hesabatların təqdim olunması
Namizədə tələblər:
- Ali təhsil (Biznesin idarə olunması, Marketinq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə)
- Satış sahəsində minimum 3 il təcrübə (xüsusilə aktiv satışda)
- Kommersiya yönümlü düşüncə və nəticəyə fokuslanma bacarığı
- Danışıqlar aparmaq, etirazlarla işləmək və müştərini inandırmaq bacarığı
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı
- Komandada işləmək və çevik qərarlar vermək bacarığı
- MS Office (xüsusilə Excel, PowerPoint) və CRM sistemlərində işləmə təcrübəsi
- Azərbaycan dili – mükəmməl, Rus və İngilis dili – üstünlükdür
İş şəraiti
- İş yeri: Abşeron rayonu yeni Saray yolu 1.5km
- İş rejimi: Tam ştat
- Əmək haqqı: Müsahibə əsasında
- İş rejimi: Tam ştat (Bazar ertəsi – Cümə, 09:00 – 18:00), nahar və nəqliyyat şirkət tərəfindən qarşilanır.
Maraqlanan namizədlərdən CV-lərini PDF formatında, mövzu sətrində “Satış Mütəxəssisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.