Elektrik mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik mühəndisi

  • Deadline 26 September 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədin şəxsi keyfiyyətləri

  • Fikrini izah etmək qabiliyyəti;
  • Ezamiyyə imkanları;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması;
  • Fəal olması və komandada işləmək bacarığı.

İş barədə məlumat

  • Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
  • Layihə hazırlanması,layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
  • Transformator, elektron avadanlıqların texniki xidməti;
  • Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
  • Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
  • Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
  • Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
  • Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək,
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək,
  • Elektrik layihə sxemlərini oxumalı və tətbiq etməyi bacarmalı
  • Autocad və ofis proqramlarını bilmə bacarığı

Elektrik mühəndisinin vəzifə öhdəlikləri:

Layihələndirmə və planlaşdırma:

  • Elektrik sistemlərinin və şəbəkələrinin layihələndirilməsi.
  • Texniki çertyojlar, sxemlər və hesabatların hazırlanması.

Quraşdırma və istismar:

  • Elektrik avadanlıqlarının və qurğularının düzgün quraşdırılmasına nəzarət.
  • Mövcud sistemlərin təmiri və texniki xidmətinin təşkili.

Təhlükəsizlik və normativlər:

  • Elektrik təhlükəsizliyi qaydalarına və texniki normalara əməl olunmasına nəzarət.
  • Sınaq və yoxlama işlərinin aparılması.

Koordinasiya və nəzarət:

  • Texniki heyətin fəaliyyətinə rəhbərlik və nəzarət.
  • İşin gedişatının vaxtında və keyfiyyətli aparılmasının təmin edilməsi.

Məlumatların təhlili və hesabat:

  • Enerji sərfiyyatının təhlili və optimallaşdırılması.
  • Gündəlik və aylıq hesabatların hazırlanması.

İş şəraiti:

  • 5 günlük iş həftəsi
  • Nahar fasiləsi: 13:00-14:00
  • Nahar müəssisə tərəfindən təmin edilir
  • Əmək haqqı: 1200-1500 AZN

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində ELEKTRİK MÜHƏNDİSİ qeyd etməklə göndərə bilərlər.

  • Daily137
  • Weekly389
  • Monthly2226