Namizədin şəxsi keyfiyyətləri
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
İş barədə məlumat
- Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
- Layihə hazırlanması,layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
- Transformator, elektron avadanlıqların texniki xidməti;
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
- Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
- Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
- Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
- Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
- Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək,
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək,
- Elektrik layihə sxemlərini oxumalı və tətbiq etməyi bacarmalı
- Autocad və ofis proqramlarını bilmə bacarığı
Elektrik mühəndisinin vəzifə öhdəlikləri:
Layihələndirmə və planlaşdırma:
- Elektrik sistemlərinin və şəbəkələrinin layihələndirilməsi.
- Texniki çertyojlar, sxemlər və hesabatların hazırlanması.
Quraşdırma və istismar:
- Elektrik avadanlıqlarının və qurğularının düzgün quraşdırılmasına nəzarət.
- Mövcud sistemlərin təmiri və texniki xidmətinin təşkili.
Təhlükəsizlik və normativlər:
- Elektrik təhlükəsizliyi qaydalarına və texniki normalara əməl olunmasına nəzarət.
- Sınaq və yoxlama işlərinin aparılması.
Koordinasiya və nəzarət:
- Texniki heyətin fəaliyyətinə rəhbərlik və nəzarət.
- İşin gedişatının vaxtında və keyfiyyətli aparılmasının təmin edilməsi.
Məlumatların təhlili və hesabat:
- Enerji sərfiyyatının təhlili və optimallaşdırılması.
- Gündəlik və aylıq hesabatların hazırlanması.
İş şəraiti:
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 13:00-14:00
- Nahar müəssisə tərəfindən təmin edilir
- Əmək haqqı: 1200-1500 AZN
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində “ELEKTRİK MÜHƏNDİSİ” qeyd etməklə göndərə bilərlər.