Mexanika və havalandırma sistemləri üzrə mühəndis bilməli olduğu əsas işlər:
Layihələndirmə:
- İstilik, havalandırma, soyutma (HVAC) və digər mexaniki sistemlərin layihələndirilməsini həyata keçirmək;
- Obyektləri üçün texniki hesabatlar və planlar hazırlamaq.
- Qiymət cədvəlinin smetaya uyğun hazırlanması
Sistemlərin quraşdırılmasına nəzarət:
- Quraşdırma zamanı layihəyə uyğunluğun təmin olunmasına nəzarət etmək;
- İstifadə olunan avadanlıqların texniki göstəricilərinə nəzarət etmək.
Texniki baxım və istismar:
- Mexaniki və HVAC sistemlərinin düzgün işləməsinə nəzarət etmək;
- Planlı texniki baxış və təmir işlərinin təşkilini təmin etmək.
Sınaq və tənzimləmə:
- Quraşdırılmış sistemlərin yoxlanılması və test edilməsi;
- Lazım gəldikdə sistemlərdə tənzimləmə və düzəlişlər aparmaq.
Təhlükəsizlik və normativlərə riayət:
- Əmək və texniki təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
- Müvafiq dövlət normativlərinə və standartlara uyğun iş aparmaq.
Sənədləşmə və hesabat:
- Görülən işlər üzrə texniki sənədləri tərtib etmək;
- İdarəyə və ya rəhbərliyə mütəmadi hesabat vermək.
Əlavə məlumatlar:
- Əmək haqqı ; 800 -1000 AZN
- Şirkət tərəfindən nahar verilir;
- İş vaxtı: Həhtə içi 5 gün saat 09:00 dan 18:00 a kimi
- İş yeri Bakı şəh,Nərimanov ray, Malik Məmmədov 17.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mexanika və havalandırma sistemləri üzrə mühəndis” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.