İş yeri: Etagi Baku
Vəzifə öhdəlikləri:
- Daşınmaz əmlakların satış və kirayə proseslərini təşkil etmək və idarə etmək.
- Müştərilərlə əlaqə saxlayaraq onların tələblərini öyrənmək və uyğun əmlak təqdim etmək.
- Daşınmaz əmlak bazarını mütəmadi analiz etmək.
- Daşınmaz əmlak bazarındakı yeni inkişafları izləyərək, şirkətə bu barədə hesabatlar təqdim etmək.
- Müştərilərlə davamlı əlaqə saxlayaraq, onların istəklərinə uyğun xidmətlər təqdim etmək.
- Müştəriləri konsultasiya etmək.
- Yeni müştərilər qazanmaq və bazar payını artırmaq üçün marketinq və reklam strategiyalarını inkişaf etdirmək.
Nə təklif edirik:
- Şirkət hesabına təlim və karyera inkişafi imkanları.
- Böyük daşınmaz əmlak bazası.
- Hər bir müqavilədən gəlir əldə etmə imkanı.
- Daimi müştəri axını.
Tələblər:
- Ali və ya orta təhsil (daşımaz əmlak sahəsində təhsil üstünlükdür).
- Yaş həddi: 20-35.
- Müştərilərlə iş və ya satış sahəsində təcrübə üstünlük hesab olunur.
- Azərbaycan və Rus dillərində sərbəst danışıq və yazı bacarığı.
- Yüksək ünsiyyət bacarıqları və müştəri məmnuniyyətinə yönəlmiş yanaşma.