Topaz olaraq, qanuni mərc platformamız üçün Senior Graphic Designer axtarırıq! Əgər vizual dizayn sahəsində təcrübəlisənsə, güclü kreativ bacarıqlara sahibsənsə və brend üslubunu inkişaf etdirmək istəyirsənsə, biz səni komandamızda görməkdən məmnun olarıq!
Vəzifə öhdəlikləri:
- Reklam, promo və sosial media üçün yüksək keyfiyyətli vizual materiallar hazırlamaq.
- Brend identifikasiyasını qorumaq və vizual konseptlər yaratmaq.
- Kampaniyalar üçün yaradıcı dizayn həlləri təklif etmək.
- Digital və çap materialları dizayn etmək.
- Komandaya rəhbərlik etmək və junior dizaynerlərə dəstək vermək.
- Deadline-lara uyğun işləmək və layihələri vaxtında təhvil vermək.
Tələblər:
- Qrafik dizayn sahəsində minimum 4-5 il təcrübə
- Adobe Photoshop, Illustrator və digər dizayn proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- Kreativ düşüncə və dizayn trendlərini izləmək
- Brendinq və vizual identifikasiya yaratmaq bacarığı
- Komanda ilə işləmə və layihələri idarə etmə bacarığı
- Mərc və idman sahəsinə maraq üstünlükdür
Təkliflər:
- Bilik və təcrübəyə uyğun yüksək əməkhaqqı
- Kreativ və peşəkar mühitdə çalışma imkanı – Xətai Plaza
- Həftəiçi 5 gün iş rejimi (09:00 – 18:00)
- Tibbi sığorta təminatı
- Nahar yeməyi təmin edilir
- Push 30-dan endirimlə yararlanmaq imkanı
Əgər Senior Graphic Designer kimi Topaz-da karyeranı inkişaf etdirmək istəyirsənsə, CV və portfolionu “Senior Graphic Designer” başlığı ilə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndər!