Vəzifə öhdəlikləri:
- İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət etmək;
- Layihə üzrə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- İş yerlərində mövcud riskləri müəyyənləşdirmək və risklərin azaldılması üzrə tədbirlər görmək;
- Əməkdaşlar üçün SƏTƏM üzrə giriş və dövri təlimatların keçirilməsini təşkil etmək;
- Təhlükəsizlik qaydaları və prosedurlarının əməkdaşlara düzgün şəkildə çatdırılmasını təmin etmək;
- Mütəmadi SƏTƏM yoxlamaları aparmaq və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını izləmək;
- Fövqəladə hallar, yanğın təhlükəsizliyi və təxliyə prosedurlarına riayət olunmasına nəzarət etmək;
- Baş vermiş insident və bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək və qabaqlayıcı tədbirlər təklif etmək;
- Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət etmək;
- SƏTƏM üzrə hesabat və müvafiq sənədləşməni aparmaq;
- Şirkətin SƏTƏM siyasət və prosedurlarının tətbiqinə nəzarət etmək.
Namizədə tələblər:
- Ali təhsil (Mühəndislik, Əməyin mühafizəsi və ya əlaqəli sahə);
- Aidiyyatı sahə üzrə minimum 1 il təcrübə;
- Azərbaycan Respublikasının əməyin mühafizəsi üzrə qanunvericiliyini bilmək;
- Ofis proqramlarında işləməyi bacarmalı;
- Kollektivlə işləmək bacarığı;
- Normativ sənədlərlə işləməyi bacarmalıdır
Şərtlər:
- Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç.51K
- Korporativ nömrə.
- Əmək haqqı: 700 - 850 AZN (Namizədin bilik və bacarıqlarına əsasən dəyişir)
- 6 günlük iş qrafiki
Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Sətəm mütəxəssisi” qeyd edərək, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.