EuroClima MMC EuroClima MMC
  • 271

SƏTƏM mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM mütəxəssisi

  • Deadline 1 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət etmək;
  • Layihə üzrə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
  • İş yerlərində mövcud riskləri müəyyənləşdirmək və risklərin azaldılması üzrə tədbirlər görmək;
  • Əməkdaşlar üçün SƏTƏM üzrə giriş və dövri təlimatların keçirilməsini təşkil etmək;
  • Təhlükəsizlik qaydaları və prosedurlarının əməkdaşlara düzgün şəkildə çatdırılmasını təmin etmək;
  • Mütəmadi SƏTƏM yoxlamaları aparmaq və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını izləmək;
  • Fövqəladə hallar, yanğın təhlükəsizliyi və təxliyə prosedurlarına riayət olunmasına nəzarət etmək;
  • Baş vermiş insident və bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək və qabaqlayıcı tədbirlər təklif etmək;
  • Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət etmək;
  • SƏTƏM üzrə hesabat və müvafiq sənədləşməni aparmaq;
  • Şirkətin SƏTƏM siyasət və prosedurlarının tətbiqinə nəzarət etmək.

Namizədə tələblər:

  • Ali təhsil (Mühəndislik, Əməyin mühafizəsi və ya əlaqəli sahə);
  • Aidiyyatı sahə üzrə minimum 1 il təcrübə;
  • Azərbaycan Respublikasının əməyin mühafizəsi üzrə qanunvericiliyini bilmək;
  • Ofis proqramlarında işləməyi bacarmalı;
  • Kollektivlə işləmək bacarığı;
  • Normativ sənədlərlə işləməyi bacarmalıdır

Şərtlər:

  • Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç.51K
  • Korporativ nömrə.
  • Əmək haqqı: 700 - 850 AZN  (Namizədin bilik və bacarıqlarına əsasən dəyişir)
  • günlük iş qrafiki

Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Sətəm mütəxəssisi” qeyd edərək, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly361
  • Monthly247