Vəzifə öhdəlikləri:
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, zəif-axın sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək;
- Layihələndirilən cizgilərin zəif-axın sistemləri bölmələrini estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
- Zəif-axın sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
- Layihə başlıyarkən MS-işin icra üsulun hazırlamaq;
- Ərazidə istifadə olunan materialların BOQ tələbinə uyğunluğuna əmin olmaq;
- Materiallar quraşdırıldıqdan sonra NFİ yazılması üçün QC dəvət etmək;
- NFI qəbulundan sonra Test işlərinin icra etmək;
- Yoxlama zamanı sifarişçinin iradlarının aradan qaldırımaq;
- Gün ərzində görülən işlərin miqdarını planlama mühəndisinə məlumat vermək;
- Layihələndirmə prosesinə daxil olan tərəflərlə yaxın əməkdaşlıq etmək;
- Layihələndirmə müddətlərinin zəif-axın hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
- Layihənin müvafiq olaraq, zəif-axın sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
- Layihəçi şirkətlər tərəfindən tamamlanmış zəif-axın sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
- Layihələrin zəif-axın hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
- Tikintinin zəif-axın sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində zəif-axın sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihə zəif-axın sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Müvafiq sahə üzrə sifarişçi olaraq 3 il işləməklə minimum iş təcrübəsi
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, İEC, SNIP, IEC, BS, NFPA
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili - yaxşı
- Kompüter bilikləri: MS Office, AutoCAD.
Şərtlər:
- Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K
- Əmək haqqı namızədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə təyin ediləcək
- Korporativ nömrə.
- İş günləri: həftə içi 6 gün
Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Zəif axın sistemləri üzrə mühəndis” qeyd edərək, öz CV-lərini Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərlər.