Zəif axın sistemləri üzrə mühəndis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Zəif axın sistemləri üzrə mühəndis

  • Истекает 28 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, zəif-axın sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək;
  • Layihələndirilən cizgilərin zəif-axın sistemləri bölmələrini estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
  • Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək; 
  • Zəif-axın sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
  • Layihə başlıyarkən MS-işin icra üsulun hazırlamaq;
  • Ərazidə istifadə olunan materialların BOQ tələbinə uyğunluğuna əmin olmaq;
  • Materiallar quraşdırıldıqdan sonra NFİ yazılması üçün QC dəvət etmək;
  • NFI qəbulundan sonra Test işlərinin icra etmək;
  • Yoxlama zamanı sifarişçinin iradlarının aradan qaldırımaq;
  • Gün ərzində görülən işlərin miqdarını planlama mühəndisinə məlumat vermək;
  • Layihələndirmə prosesinə daxil olan tərəflərlə yaxın əməkdaşlıq etmək;
  • Layihələndirmə müddətlərinin zəif-axın hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
  • Layihənin müvafiq olaraq, zəif-axın sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək; 
  • Layihəçi şirkətlər tərəfindən tamamlanmış zəif-axın sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
  • Layihələrin zəif-axın hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
  • Tikintinin zəif-axın sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində zəif-axın sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Layihə zəif-axın sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil
  • Müvafiq sahə üzrə sifarişçi olaraq 3 il işləməklə minimum iş təcrübəsi
  • Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, İEC, SNIP, IEC, BS, NFPA 
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili - yaxşı
  • Kompüter bilikləri: MS Office, AutoCAD.

Şərtlər:

  • Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K
  • Əmək haqqı namızədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə təyin ediləcək
  • Korporativ nömrə.
  • İş günləri: həftə içi 6 gün

Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Zəif axın sistemləri üzrə mühəndis” qeyd edərək, öz CV-lərini Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərlər.

  • Daily42
  • Weekly431
  • Monthly2373