Eurolux Eurolux
  • 121

Kateqoriya Meneceri (Məişət Texnikası və Elektronika)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kateqoriya Meneceri (Məişət Texnikası və Elektronika)

  • Deadline 11 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • Ünvan: Bakı, Azərbaycan
  • Maaş: 1500 – 2000 AZN (Net)
  • İş qrafiki: Tam iş günü
  • İş ünvanı: Bakı şəhəri Nərimanov rayonu., Aşıq Molla Cümə küçəsi 42b

Şirkət haqqında qısa məlumat: 1991-ci ildə təsis edilmiş “Eurolux International”, Şərqi Avropa və Mərkəzi Asiyada elektrik və məişət cihazlarının aparıcı istehsalçılarından biridir. “Eurolux” loqosu Almaniyanın Ştutqart şəhəri yaxınlığında yerləşən Kirçxeym-Tek bölgəsində yaranmışdır. Məhz burada şirkət kiçik cihazlar üzrə ilk ticarət xəttini qurmuşdur.

1998-ci ildə Azərbaycan şirkəti ilə birgə müəssisə yaradıldı və həmin vaxtdan etibarən şirkət fəaliyyətini genişləndirərək beynəlxalq bazarda daha çox istehlakçıya xidmət göstərməyə başladı. Bizim əsas missiyamız – “Eurolux”-u dünya miqyasında tanınan və etibar edilən məişət texnikası brendinə çevirməkdir.

Strategiyamızın əsasını – istehlakçılar üçün dəyər yaratmaq təşkil edir. Yaradıldığımız gündən etibarən keyfiyyət standartlarına sadiqliyimizi qoruyaraq, ənənəvi və innovativ yanaşmaları bir araya gətirmişik.

“Eurolux” hər zaman mükəmməlliyə nail olmağa çalışır. Biz biznesimizi böyüdürük, eyni zamanda köhnə ticarət modellərimizi yeniləyərək müasir trendlərə uyğunlaşdırırıq. Keyfiyyətli xidmət və etibarlı məhsul təqdim etmək bizim üçün əsas prioritetdir. Bu dəyərlər bizi istehlakçılarımız üçün ən doğru seçimə çevirir.

Vəzifə Öhdəlikləri:

  • Məhsul Portfelinin İdarə Edilməsi: Elektronika və məişət texnikası kateqoriyası üzrə məhsul çeşidinin formalaşdırılması, yeni modellərin seçilməsi və dövriyyənin təhlili. Mağazada hansı məhsulların olacağına, hansıların isə satışdan çıxarılacağına qərar verir. "Nə satsaq müştəri daha çox gələr?" sualına cavab tapır.
  • Satınalma və Təchizat: Xarici və yerli tədarükçülərlə effektiv danışıqların aparılması, ən sərfəli satınalma şərtlərinin (qiymət, ödəmə müddəti) təmin edilməsi.
  • Qiymət Strategiyası: Bazar araşdırması əsasında topdan və pərakəndə satış üçün optimal qiymət siyasətinin müəyyənləşdirilməsi. Rəqibləri analiz edir və məhsulların satış qiymətlərini təyin edir ki, həm rəqabətədavamlı olsun, həm də şirkət mənfəət əldə etsin.
  • Stok İdarəetməsi: Anbar qalıqlarının izlənilməsi, "out of stock" (məhsul çatışmazlığı) və ya artıq stok hallarının qarşısının alınması.
  • Marketinq Dəstəyi: Satışların stimullaşdırılması üçün promo-aksiyaların planlanması və reklam fəaliyyətlərinin koordinasiya edilməsi. Hansı məhsulların endirimə girəcəyini və necə reklam olunacağını planlaşdırır.
  • Merçendayzinq: Məhsulun rəfdə necə görünməli olduğunu (planoqramı) müəyyənləşdirir.
  • Hesabatlılıq: Satış dinamikası, marja və bazar payı üzrə həftəlik/aylıq hesabatların hazırlanması.

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi və ya müvafiq sahə).
  • Təcrübə: Elektronika və ya məişət texnikası sahəsində kateqoriya meneceri və ya satınalma üzrə ən azı 3 il iş təcrübəsi.
  • Dil Bilikləri: Azərbaycan və Rus dillərini mükəmməl bilməli (İngilis dili bilməsi xarici tədarükçülərlə ünsiyyət üçün üstünlükdür).
  • Analitik Bacarıqlar: MS Excel proqramı ilə yüksək səviyyədə işləmə bacarığı  və data ilə işləmə qabiliyyəti. Satış rəqəmlərini oxumaq və trendləri görmək.
  • Şəxsi Keyfiyyətlər: Güclü ünsiyyət və danışıqlar aparma qabiliyyəti, qərar vermə və məsuliyyət götürmə bacarığı.
  • Danışıqlar aparmaq: Tədarükçülərlə danışıqlar aparmaq və şirkət üçün ən sərfəli şərtləri təmin etmək bacarığı.
  • Maliyyə savadlılığı: Marja, dövriyyə və mənfəət göstəriciləri üzrə praktiki maliyyə bilikləri.
  • Bazar biliyi: Alıcının nə istədiyini öncədən hiss etmək, bazarın tələblərini analiz etmək və müştəri davranışlarını öncədən proqnozlaşdırmaq bacarığı.

Biz nə təklif edirik?

  • Dinamik və peşəkar komandada iş imkanı;
  • Karyera yüksəlişi perspektivi;
  • Rəqabətədavamlı əmək haqqı (1500-2000 AZN) 

Müraciət üçün: Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Kateqoriya Meneceri" qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly376
  • Monthly1063