İş şəraiti
- İş qrafiki: 5 günlük
- Əmək haqqı: 1200 AZN
Vəzifə Öhdəlikləri:
- Sosial media platformaları (Instagram, TikTok, LinkedIn, YouTube və s.) üçün cəlbedici və kreativ qrafik ve motion qrafika (animasiya) və video çarxlar hazırlamaq;
- Şirkətin rəqəmsal marketinq kampaniyaları üçün statik və dinamik bannerlər, reklam vizualları dizayn etmək;
- Statik postların,banerlərin, marketinq materiallarının hazırlanması
- Motion videoların hazırlanması , animasiyası
- Şirkətin korporativ üslubuna (Brandbook) uyğun olaraq vizual kontent strategiyasını dəstəkləmək;
- Aİ alətlər ilə işləmək bacarığı
- Marketinq və PR komandası ilə sıx əməkdaşlıq edərək, ideyaları vizual hekayələrə (storytelling) çevirmək;
- Dizayn trendlərini mütəmadi izləmək və yeni yaradıcı yanaşmalar təklif etmək.
Namizədə Dair Tələblər:
- Təcrübə: 2 -3 il
- Portfolionun olması mütləqdir;
- Adobe Creative Cloud proqramları ilə mükəmməl səviyyədə işləmək bacarığı: After Effects, Premiere Pro, Photoshop və Illustrator (motion toolların bilməsi üstünlükdür);
- Kompüter qrafikası, kompozisiya, rəng balansı və tipoqrafiya qaydalarını dərindən bilmək;
- 2D animasiya, xarakter animasiyası və infoqrafik videoların hazırlanmasında təcrübə;
- Kreativ düşüncə, detallara diqqət və eyni anda bir neçə layihəni idarəetmə (multitasking) bacarığı;
- Verilən tapşırıqları təyin olunmuş vaxt limitlərinə (deadline) uyğun təhvil vermək məsuliyyəti.
Maraqlanan namizədlərdən öz CV-ni mövzu hissəsində “Motion and Graphic Designer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.Yalnız uyğun olan şəxslərlə əlaqə saxlanılacaq.