E EUROSTAR Group
  • 680

EUROSTAR Group

Biznes

İnsan Resursları üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları üzrə menecer

  • Deadline 25 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vakansiyanın təsviri

  • Namizədlərin axtarışı, ilkin seçimlərin aparılması və müsahibələrin təşkilində iştirak etmək;
  • Yeni əməkdaşların sənədlərinin yoxlanılması və rəsmiləşmə proseslərinin əlaqələndirilməsi;
  • Ştat cədvəlinə uyğun olaraq əməkdaş sayına nəzarət etmək;
  • Daxil olan müraciətləri təhlil etmək, uyğun hesab olunan namizədləri test və/və ya müsahibə mərhələsinə dəvət etmək;
  • Çıxış müsahibələrinin keçirilməsi və nəticələrin təhlili;
  • EMAS və İSB portallarında əməliyyatların həyata keçirilməsi;
  • Əmək Məcəlləsinə uyğun olaraq əməkdaşların işə qəbulu, işdən azad olunması, yerdəyişməsi, vəzifədə irəliləməsi; əməkdaşların şəxsi işlərinin hazırlanması; elektron əmək müqavilələrinin təsdiqlənməsinə nəzarət;
  • Performansın idarə olunması və əməkdaşların qiymətləndirilməsi sistemlərinin təşkilində və icrasında iştirak;
  • Əməkdaşların məzuniyyət uçotunun aparılması və məzuniyyət qrafikinə riayət olunmasına nəzarət;
  • Bütün növ kadr əmrlərinin hazırlanması;
  • Bütün vəzifələr üzrə əməkdaşların vəzifə təlimatlarının hazırlanması, təsdiqi və onlarla tanış edilməsi;
  • Əməkdaşların davamiyyət uçotuna nəzarət və yoxlanıldıqdan sonra mühasibatlığa təqdim olunması;
  • Xəstəlik vərəqələrinin yoxlanılması, qeydiyyatı və uçotu;
  • Arayışların, kadrlarla bağlı yazışmaların və digər müvafiq sənədlərin hazırlanması və qeydiyyatı;
  • Təlim ehtiyaclarının müəyyən edilməsi və əməkdaşların inkişaf fəaliyyətlərinin planlaşdırılması;
  • Şirkət mədəniyyəti və təşkilati dəyişikliklərlə bağlı layihələrin təşəbbüsü;
  • Rəhbərliyin tapşırığı əsasında kadrlarla bağlı hesabatların hazırlanması və digər HR ilə bağlı vəzifələrin icrası.

Xüsusi tələblər

  • Ali təhsil (İqtisadiyyat və ya İnsan Resursları sahəsində üstünlük verilir);
  • MS Office, 1C proqramları üzrə biliklər;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə praktiki biliklər;
  • Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
  • Güclü ünsiyyət bacarıqları, məsuliyyətli və komandada işləməyi bacaran

 Digər məlumatlar

  • İş qrafiki 5 gün.
  • İş vaxtı  09:30-18:00-dək
  • Şirkətin yerləşdiyi ərazi (Sahil m.)
  • Əmək haqqı (1000-1200 AZN)

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə menecer” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Əlaqə  (055) 2138348; (055) 2138356 

  • Daily32
  • Weekly140
  • Monthly504