Ev Sarda MMC Ev Sarda MMC
  • 320

Ev Sarda MMC

Sənaye

Resepşn / BYD Bakı Mərkəzi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Resepşn / BYD Bakı Mərkəzi

  • Deadline 25 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ümumi ofis idarəçiliyi vəzifələrinə cavabdeh olacaq Resepşn işçisi axtarılır. Resepşn, şirkətlə əlaqəni təmsil edən ilkin şəxs olaraq, zənglərə cavab verməli və şəxsən qonaqları/ziyarətçiləri qarşılamalı, hər zaman gülərüz və nəzakətli davranmalıdır. 

Əsas məsuliyyətlər:

  • Müştəri və qonaqları gülərüzlə qarşılamaq
  • Telefon zənglərini cavablandırmaq və aidiyyəti üzrə yönləndirmək
  • Müştərilərə avtomobillər, xidmətlər və kampaniyalar haqqında ilkin məlumat vermək
  • Daxil olan müraciət və rəyləri qeydə almaq
  • Satış komandasına inzibati dəstək göstərmək
  • Elektron poçt yazışmalarını idarə etmək
  • Gündəlik kargüzarlıq işlərini yerinə yetirmək

Tələblər

Əsas bacarıqlar/Keyfiyyətlər:

  • Xanım namizədlər
  • Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı
  • Ünsiyyətcil, məsuliyyətli və nəzakətli olmaq
  • Komandada işləmək bacarığı
  • MS Office proqramlarında ilkin biliklər
  • Resepşn və ya müştəri xidməti sahəsində təcrübə üstünlükdür
  • Avtomobil sahəsinə maraq olması arzuolunandır

İş şəraiti

  • İş qrafiki: Bazar ertəsi – Cümə 10:00 -18:00, Şənbə: 10:00 - 15:00
  • Əmək haqqı namizəddən asılı olaraq dəyişir.

Bu vəzifəni yerinə yetirmək üçün lazım olan bacarıqlara, təcrübəyə və yanaşmaya malik olduğunuzu düşünürsünüzsə, zəhmət olmasa Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə (mövzu hissəsində “Resepşn” qeyd etmək).

  • Daily1
  • Weekly113
  • Monthly2152