Ev Sarda MMC Ev Sarda MMC
  • 248

Ev Sarda MMC

Sənaye

Satış mütəxəssisi / BYD Bakı Mərkəzi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satış mütəxəssisi / BYD Bakı Mərkəzi

  • Истекает 25 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Avtomobil satış mütəxəssisi, şəxsi və kommersiya məqsədləri üçün avtomobillərin satışına cavabdehdir. Satış mütəxəssisi kimi işiniz, müştərilərin ehtiyac və istəklərini müəyyən edərək, onlara büdcə və tələblərinə uyğun ən doğru avtomobil seçimlərini təklif etməkdən, potensial alıcılarla peşəkar ünsiyyət qurmaq, onları düzgün istiqamətləndirmək və satış prosesini uğurla tamamlamaqdan ibarətdir.

Əsas məsuliyyətlər:

  • Müştəriləri gülərüzlə qarşılamaq, onlara salonda olan avtomobillər, xidmətlər və cari kampaniyalar haqqında ətraflı məlumat vermək
  • Hər bir müştəriyə fərdi yanaşaraq ehtiyaclarını analiz etmək, uyğun məhsulu təqdim etmək və satış prosesini başından sonunadək peşəkarlıqla idarə etmək
  • Satış menecerinin tapşırıqlarını vaxtında icra etmək; ehtiyac yarandıqda aidiyyəti tədbir və sərgilərdə şirkəti layiqincə təmsil etmək
  • Müştəri tələbatını öyrənmək və bazar araşdırması apararaq, satış planını yerinə yetirmək, yeni müştərilər cəlb etmək və hədəflərə çatmaq üçün təkliflər irəli sürmək
  • Satış heyəti ilə birgə satış hesabatlarını (günlük - həftəlik - aylıq - illik) hazırlamaq

Əsas bacarıqlar/Keyfiyyətlər:

  • Azərbaycan və rus dillərində səlis ünsiyyət qurmaq bacarığı mütləqdir
  • Daha öncə avtomobil sənayesində, satış mütəxəssisi kimi iş təcrübəsinin olması üstünlükdür
  • Avtomobil satışı sahəsində təcrübə və avtomobillərin texniki xüsusiyyətləri barədə təməl biliklər
  • Güclü şifahi ünsiyyət, təqdimat və inandırma bacarığı
  • Müştəri məmnuniyyətinə yönümlülük, təmkinlilik, stresə davamlılıq və komandada işləmək bacarığı

İş şəraiti

  • İş qrafiki: Bazar ertəsi - Cümə 10:00 -18:00, Şənbə: 10:00 - 15:00
  • Əmək haqqı namizəddən asılı olaraq dəyişir.

Bu vəzifəni yerinə yetirmək üçün lazım olan biliyə, bacarığa və təcrübəyə malik olduğunuzu düşünürsünüzsə, (mövzu hissəsində “Satış mütəxəssisi” qeyd etməklə) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily91
  • Weekly203
  • Monthly2242