Vəzifə öhdəlikləri:
- Potensial və mövcud müştərilərlə telefon vasitəsilə əlaqə saxlamaq;
- Şirkətin məhsul və xidmətləri haqqında ətraflı məlumat vermək;
- Satış yönümlü zənglər həyata keçirmək və müştəri bazasını genişləndirmək;
- Müştərilərin suallarını cavablandırmaq, ehtiyaclarını müəyyən etmək və uyğun təkliflər təqdim etmək;
- Zənglərin nəticələrini sistemdə qeyd etmək və hesabatları hazırlamaq;
- Müştəri məmnuniyyətinin təmin olunmasına və satış hədəflərinin yerinə yetirilməsinə dəstək olmaq.
Tələblər:
- Ali təhsil (bakalavr/magistr);
- Minimum 1 il telemarketinq, satış və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi;
- Yaş: 25-45;
- Azərbaycan və rus dillərini mükəmməl bilmək,
- MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı;
- Yüksək ünsiyyət və təqdimat bacarığı;
- Satış yönümlü düşüncə tərzi və inandırma qabiliyyəti;
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq;
- Komandada işləmək və müştərilərlə effektiv münasibət qurmaq bacarığı.
İş şərtlərimiz:
- Rəsmi əməkhaqqı: 600 AZN net + bonus;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Həftədə 5 iş günü; saat 09:00 – 18:00
- Karyera inkişafı və peşəkar yüksəliş imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Telemarketinq Mütəxəssisi" qeyd etməyiniz xahiş olunur.