Əsas vəzifə öhdəlikləri:
- Tədris proqramlarının keyfiyyətinə nəzarət edərək onların akademik və peşəkar standartlara uyğunluğunu təmin etmək;
- Tədris prosesinin effektivliyini qiymətləndirmək və inkişaf sahələrini müəyyənləşdirmək;
- Tədris materialları və resurslarını nəzərdən keçirərək təkmilləşdirmə təklifləri hazırlamaq;
- Tələbə və müəllim heyətindən rəy toplayaraq keyfiyyətin artırılması üçün strategiyalar təklif etmək;
- Akademiyanın ümumi fəaliyyətlərinin keyfiyyət standartlarına uyğunluğunu izləmək;
- Keyfiyyətlə bağlı hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək.
Təhsil və Təcrübə:
- Tədris sahəsində və ya keyfiyyətə nəzarət üzrə ən azı 1 il iş təcrübəsi;
- Tədris proqramlarının tərtibi və keyfiyyət standartlarına uyğun qiymətləndirilməsi sahəsində biliklər;
- Sillabus və müəllim heyəti ilə əvvəlcədən işləmiş və bu sahədə təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
- Proqramlaşdırma, Dizayn və Data Analitika sahələri haqqında ümumi biliyə malik olmaq;
- Təhsil və kurs sektoru üzrə təcrübəsi və bu sahəyə dair dərin biliyi olan namizədlərə üstünlük verilir.
Texniki biliklər:
- MS Office proqramlarında səlis işləmə bacarığı;
- CRM sistemləri ilə işləmə təcrübəsi üstünlükdür;
- Tədris və keyfiyyətə nəzarət alətləri ilə tanışlıq;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- Rus və İngilis dillərində ünsiyyət bacarığı üstünlükdür.
Bacarıq və Səriştələr:
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Təfərrüatlara diqqət və dəqiqlik;
- Güclü ünsiyyət və komanda ilə işləmə bacarığı;
- İnkişaf və təkmilləşdirmə üçün təşəbbüskar yanaşma.
Şərtlər:
- İş yeri: 28 May m/s yaxınlığında yerləşən ofis;
- İş qrafiki: 13:00-22:00 həftənin 1-6 günləri (1 saat nahar fasiləsi);
- Yaş aralığı: 23-35.
Müraciət:
Uyğun namizədlər öz CV-lərini “Tədris Keyfiyyətinə Nəzarət üzrə Mütəxəssis” başlığı ilə göstərilən elektron poçt ünvanına göndərə bilərlər.