2005-ci ildən fəaliyyət göstərən «Evro-İnşaat» şirkəti Azərbaycanın tikinti sektorunda keyfiyyətli məhsul və xidmətləri ilə tanınır. İstehsal etdiyimiz «Palitro» və «Plazma» brendli boyalar, laklar, PVA yapışdırıcılar, kafel-metlax yapışdırıcıları, dərzedicilər və şpatlyovkalar bazarda böyük rəğbət qazanmışdır.
İstehsalatla yanaşı, hündürmərtəbəli binaların, villaların və müəssisələrin fasad işlərini, daxili suvaq və boya xidmətlərini də yüksək səviyyədə həyata keçiririk.
ISO-9001 və IQNET sertifikatlı idarəetmə sistemimiz, müasir laboratoriyamız və peşəkar komandamız məhsul və xidmətlərimizin yüksək keyfiyyətinə zəmanət verir. Rəsmi saytımız vasitəsilə məhsullarımızla tanış ola və müraciətlərinizi rahatlıqla ünvanlaya bilərsiniz.
Evro İnşaat MMC Ofis meneceri