E Excelsior Hotel & SPA Baku
  • 1.5K

Aparıcı İT mütəxəssis

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı İT mütəxəssis

  • Deadline 1 İyul 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş saatları: Həftəlik 40 saat, 1 saat nahar fasiləsi

Əsas öhdəliklər:

  • İT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;
  • Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olmaq və istifadə etmək;
  • Yedəkləmə sistemləri (Backup) haqqında nəzəri və praktiki biliklər;
  • Müvafiq təhlükəsizlik qaydaları və prosedurlarına riayət etmək və onların riayət olunmasına nəzarət etmək;
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi- yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək;
  • Şirkətə məxsus kompüter, printer və şəbəkə avadanlıqlarının fəaliyyətini təmin etmək və avadanlıqlarda baş vermiş nasazlıqları yerində həll etmək;
  • Bütün istifadəçilərə otelin informasiya sistemlərindən istifadə edilməsində yardım etmək;
  • Server otağında yerləşən bütün avadanlıqlara nəzarət etmək, cavabdehlik daşımaq
  • Informasiya sistemi idarəsində bütün administrativ idarəçiliyə rəhbərlik etmək.
  • Müxtəlif əməliyyat sisteminin yüklənməsi və sazlanması (Windows 10/11);
  • E-poçtun quraşdırılması və konfiqurasiyası;
  • Qapı kilid sistemlərinə nəzarət etmək, problemlər yarandıqda aradan qaldırmaq
  • Nəzarət kameralarının həmçinin ona aid olan avadanlıqların (NVR, Decoder və s.) quraşdırılmasını və sazlanmasını təmin etmək;
  • Kabelləri sonlandırmaq (rj45, patch-panel və data yuvasına);
  • Program təminatında texniki probemləri aradan qaldırmaq;
  • Biznesin dayanmaması üçün sistemdə yaranan problemləri istənilən vaxtda həll etmək.
  • Tədbir zallarında baş tutan konfranslar üçün İT dəstək göstərmək (Proyektor, ekran və s.);
  • Mütəmadi olaraq, texniki avadanlıqların inventarizasiyasını aparmaq;

Bilik və bacarıqlar:

  • Ali təhsil;
  • İT sahəsində ən azı 2 il iş təcrübəsi (Otel sahəsində iş təcrübəsinə üstünlük verilıir);
  • Rus və İngilis dili texniki səviyyədə olmalıdır
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
  • Mehmanxana sistemlərini (Micros, Opera, iScala, 1C və s.) bilmək üstünlükdür;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər, “Aparıcı İT mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə, CV formalarını 30 İyun 2024-cü il tarixinədək elektron poçt ünvanımıza yönləndirə bilərlər.

  • Günlük20
  • Həftəlik460
  • Aylıq2182