Təsvir
- Risklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanın təşkilinə dəstək vermək;
- İnsidentlərin idarə edilməsi prosesində müvafiq struktur böl mələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılmasında iştirak etmək;
- Risklərin müəyyənləşdirilməsi, qeydiyyatının aparılması, qiymətləndirilməsi və minimallaşdırılmasının həyata keçirilməsində iştirak etmək;
- Yaradılan yeni məhsul, biznes proses, layihələrin risk əsaslı təhlilində, qiymətləndirilməsində iştirak etmək;
- Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy verilməsi prosesində iştirak etmək;
- Risk nəzarət və özünü qiymətləndirmə (RCSA) alətinin tətbiqi;
- Bankın struktur bölmələrinin işçilərinin risk mədəniyyətinin formalaşdırılması məqsədi ilə əməliyyat risklərinin idarə edilməsi üzrə bankdaxili təlimlərin və təqdimatların keçirilməsində iştirak etmək.
Tələblər
- Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas);
- Bank və ya anoloji sektorunda 3 il iş təcrübəsi (Pərakəndə və korporativ məhsullar üzrə, komplayns, korporativ hüquq və ya audit sahəsində iş təcrübəsi üstünlük təşkil edir);
- Azərbaycan dili səlis, rus və ingilis dili arzuolunandır;
- MS Ofis proqramları ilə işləmə bacarığı. MS Excel, SQL;
- ISO 31000 və ya risklərin idarə edilməsinə dair digər beynəlxalq sertifikatların olması arzuolunandır;
- Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
- Məsuliyyətlilik və dəqiqlik;
- Təhlil, qərarvermə və ünsiyyət bacarıqları.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.