Təsvir
- Filialın fəaliyyətinə ümumi rəhbərlik edilməsi, işçilər arasında vəzifə təlimatlarına uyğun formada iş bölgüsünün aparılması;
- Filial üzrə bütün əməliyyatların aparılmasına nəzarət;
- Əmanətlərin qəbul edilməsinin təşkili və bunlara dair müqavilələrin bağlanmasının təmin edilməsi;
- Təsdiq olunmuş büdcə çərçivəsində pul vəsaitlərin cəlb olunması (depozit yatırımları, müştəriyə məxsus hesablarda qalıqlar) və yerləşdirilməsinə yönəlmiş effektiv işin təşkili;
- Filialın əsasnaməsi ilə müəyyən edilmiş filialın fəaliyyət növləri üzrə iş prosesinin, müştərilərlə münasibətlərin qurulmasının bankın daxili qaydalarına uyğun təşkil olunması;
- Filial əməkdaşlarının gündəlik işlərinə inzibati (davamiyyət, geyim qaydası, davranış) nəzarətin həyata keçirilməsi;
- Filial müştərilərinin zamanında xidmət olunmasına, filial işçilərinin bankdaxili prosedurlar, qayda və vəzifə təlimatlarında əməl etmələrinə nəzarət;
- Müştəri məmnunluğunun artırılması, filial daxilində müştəri etirazlarının idarə edilməsi prosesində iştirak edilməsi;
- Təsdiq olunmuş limitlər və səlahiyyətlər çərçivəsində kreditin verilməsi barədə qərarın qəbul edilməsi;
- Korporativ müştərilərin cəlb edilməsi.
Tələblər
- Ali təhsil (İqtisadi və ya hüquq sahəsi üzrə ixtisas);
- Bank sahəsində ən azı 8 il iş təcrübəsi;
- Bankçılıq, satış və ya əlaqəli sahələrdə rəhbər vəzifədə iş təcrübəsi;
- Özünü təqdim etmə və ünsiyyət bacarığı;
- İdarəetmə və liderlik bacarıqları;
- Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
- Məsuliyyətlilik və dəqiqlik ;
- Təhlil və qərarvermə bacarıqları.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 5-8 il
- Vəzifə dərəcəsi Rəhbər
- Təhsil Bakalavr
İmtiyazlar
- Tibbi sığorta paketi;
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı;
- Həyat Yığım sığortasından istifadə etmək imkanı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.