Təsvir
- Kassanın işçilərinə rəhbərlik edilməsi, onların iş həcminin təhlil edilməsi və iş bölgüsünün aparılması;
- Müştərilərə xidmət göstərilməsinin təmin edilməsi, əməliyyat günü ərzində nağd pulların və digər qiymətlilərin mədaxili və məxaricinin həyata keçirilməsi;
- Xəzinəyə daxil olan və çıxan vəsaitlərin əməliyyatlarının aparılması və nəzarət edilməsi;
- Gündəlik nağd manat ve valyuta ehtiyyacının müəyyən olunmasında iştirak edilməsi;
- Xəzinədə olan pulun, digər qiymətlilər və sənədlərin lazımi qaydada mühafizəsinin təşkil edilməsi;
- Valyuta mübadiləsi əməliyyatlarının həyəta keçirilməsi;
- Kassaya mədaxil edilmiş nağd pulların formalaşdırılması və bağlanması, onların dövriyyə üçün ödəmə qabiliyyətliyinin müəyyən edilməsi;
- Bankomatların nağd pulla yüklənməsi və boşaldılması prosesinin həyata keçirilməsi;
- Nağd pul və digər qiymətlilərin inkassasiyası;
- Filialda quraşdırılmış ödəniş terminallarının inkassasiyasının həyata keçirilməsi;
- Xəzinədə olan qiymətlilərin qorunmasına və düzgün istifadəsinə nəzarət.
Tələblər
- Ali iqtisadi təhsil;
- Azərbaycan dili səlis, rus və ingilis dili arzu olunandır;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi ;
- Valyuta bazarı və Törəmə alətləri, yerli və Beynəlxalq Bazarlar üzrə peşəkar biliklər;
- Məsuliyyətlilik və dəqiqlik;
- Microsoft Office proqramlarının üzrə istifadəçi səviyyəsində biliklər.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı;
- Həyat Yığım sığortasından istifadə etmək imkanı;
- Tibbi sığorta paketi;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.