Təsvir
- Əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət etmələrini təmin etmək və ona nəzarəti həyata keçirmək ;
- Şöbənin fəaliyyətini planlaşdırmaq, onun qısa və uzunmüddətli prioritetləri üzrə təkliflər vermək ;
- Kreditlərin strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit sifarişlərin və limitlərin anderraytinqini təşkil etmək ;
- Biznes kreditlərinə verilmiş anderraytinq rəylərinin qanunvericiliyə və Bankın Kredit siyasətinə uyğunluğunu təmin etmək ;
- Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, müştərilərin kredit reytinqlərinin hesablanması və müvafiq qərarların qəbul edilməsi işini təşkil etmək ;
- Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini təşkil etmək ;
- Biznes kredit məhsullarının anderraytinqi üzrə avtomatlaşdırılmış bank informasiya sistemində uçot və hesabatlığın yaradılması və təkminləşdirilməsi üçün təkliflər vermək.
Tələblər
- Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas) ;
- Biznes kreditlərinin təhlili və analoji sahədə ən azı 5 il iş təcrübəsi ;
- CFA və ACCA sertifikatlarının olması arzuolunandır ;
- Eİqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları ;
- İdarəetmə və liderlik bacarıqları ;
- Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti ;
- Məsuliyyətlilik və dəqiqlik ;
- Təhlil, qərarvermə və ünsiyyət bacarıqları.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 3-4 il
- Vəzifə dərəcəsi - Rəhbər
- Təhsil - Bakalavr