Express Bank Express Bank
  • 306

Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Əhmədli, Yasamal, Neftçilər, Qaradağ filialları)

Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Əhmədli, Yasamal, Neftçilər, Qaradağ filialları)

  • Deadline 30 May 2025

Təsvir

  • Kredit bazarını təhlil edir  və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;
  • Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;
  • Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir;
  • Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edir;
  • Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa  təqdim edir;
  • Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;
  • Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür.

Tələblər

  • Ali təhsil;
  • Mikro kreditlərin verilməsi sahəsində minimum 1 il iş təcrübəsi
  • Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
  • Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə - 1-2 il
  • Təhsil - Bakalavr

İmtiyazlar

  • Bizim üstünlüklərimiz: Tibbi sığorta; Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər; Professional və maddi inkişaf perspektivləri; Peşəkar korporativ mühitdə işləmək imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily176
  • Weekly176
  • Monthly921