Təsvir
- Filiallarda ön ofis əməkdaşlarının təlimatlandırılması və tapşırıqların verilməsi;
- Filiallar üzrə aylıq, rüblük qoyulan planlara, hədəflərə çatdırılması istiqamətində işlərin aparılmasında ön ofis işçiləri ilə mütəmadi əməkdaşlıq edərək lazımı tövsiyyələrin verilməsi;
- Bölmə üzrə hesabatların hazırlaması və birbaşa rəhbərliyə təqdim edilməsi;
- Bankın strateji planından irəli gələn və bilavasitə bölmənin vəzifələrinə aid olan layihələrin hazırlanmasında iştirak etməsi;
- Kurasiya etdiyi sahənin fəaliyyəti ilə bağlı olan bankdaxili təlimat, qayda və prosedur layihələrin hazırlanmasının təmin olunması və bu sənədlərə əlavə dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin verilməsi;
- Məhsul satışlarının təhlil olunması və müvafiq hesabatların hazırlaması.
Tələblər
- Ali təhsil;
- Bank sektorunda minimum 4 il iş təcrübəsi;
- Microsoft Office proqramları üzrə biliklər;
- Azərbaycan dili səlis, rus və ingilis dili arzuolunandır;
- Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ-hüquqi aktları üzrə yüksək biliklər.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Tibbi sığorta paketi;
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Həyat Yığım sığortasından istifadə etmək imkanı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.