Express Bank Express Bank
  • 1.2K

Reklam və marketinq şöbəsi, aparıcı biznes analitik

Reklam və marketinq şöbəsi, aparıcı biznes analitik

  • Deadline 1 İyul 2025

Təsvir

  • Strateji qərarların verilməsi üçün analitik təhlillərin aparılması;
  • Satış, risk, məhsul və İT komandaları ilə sıx əməkdaşlıq edərək tələbləri başa düşüb həmin tələblərə cavab verən analitik həllərin hazırlanması;
  • Cari müştərinin saxlanılması üçün əldə olunan gəlir, istifadə və göstəricilər baxımından hər bir kampaniyanın rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi üzrə müvafiq təklif və hesabatların hazırlanması;
  • Müxtəlif mənbələrdən məlumatların toplanması, sistemləşdirilməsi və təhlili vasitəsilə bank xidmətləri üzrə trendlərin, müştəri davranışlarının və bazar ehtiyaclarının müəyyənləşdirilməsi;
  • Mövcud sistemlərin və proseslərin təkmilləşdirilməsi, həmçinin müsbət dəyişikliklərin sonadək tətbiqinə dair rəyin verilməsi;
  • Kompleks biznes-müştəri problemlərinin həll edilməsi üçün məlumatların təhlili nəticəsində proqnozların və tövsiyələrin formalaşdırılması;
  • Maliyyə sektoru və bankçılıq bazarı üzrə bazar araşdırmalarının aparılması, rəqib analizi və müştəri ehtiyaclarının öyrənilməsi;
  • Statistik üsullardan və vizuallaşdırma alətlərindən istifadə etməklə analitik hesabatların, interaktiv dashboardların və təqdimatların hazırlanması;
  • Məlumatların dəqiqliyini təmin etmək məqsədilə uyğunsuzluqların aşkarlanması və aradan qaldırılması;
  • Müştərilərin və biznes mühitini təhlil etməklə məhsullar üzrə təkliflərin araşdırılması;
  • Tələblərə əsasən xüsusi layihələr və ad-hoc analizlərin icrasında iştirak;
  • Vəzifə öhdəlikləri çərçivəsində görülən işlər barəsində şöbə rəhbərinə həftəlik və aylıq hesabatın verilməsi.

Tələblər

  • Biznesin idarə edilməsi, kompüter elmləri və ya iqtisadi yönümlü ali təhsil dərəcəsi;
  • Bank və ya rəqəmsal məhsullar üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir;
  • SQL, Python, R və ya oxşar təhlil alətləri üzrə bacarıq;
  • Statistik metodlar və məhsulların modelləşdirilməsi haqqında biliklər;
  • Bazar araşdırması metodologiyası və analitik təhlil bacarığı;
  • Tableau, Power BI və ya QlikView kimi məlumatların vizuallaşdırılması biliyi mütləqdir;
  • Ünsiyyət və təqdimat bacarıqları;
  • Azərbaycan dili (mükəmməl yazılı və şifahi nitq qabiliyyəti), İngilis və Rus dili biliyi arzuolunandır;
  • MS Office (Outlook, Word, Excel, Power Point) proqramları ilə işləmək bacarığı.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə - 1-2 il
  • Təhsil - Bakalavr

İmtiyazlar

  • Bizim üstünlüklərimiz: Tibbi sığorta; Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər; Professional və maddi inkişaf perspektivləri; Peşəkar korporativ mühitdə işləmək imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily11
  • Weekly618
  • Monthly1103