Biz avtomobil nömrələrinin tanınması, parklanmanın avtomatlaşdırılması və ödəniş sistemləri sahəsində öz texnoloji həllərini hazırlayan şirkətik. Müştərilərimizə ticarət mərkəzləri, yaşayış kompleksləri, otellər, biznes mərkəzləri, parkinqlər və iri şirkətlər daxildir.
Əsas vəzifə
- Azərbaycan bazarında satışların inkişaf etdirilməsi: yeni müştərilərin axtarışı, görüşlərin təşkili, şirkətin həllərinin təqdimatı, danışıqların aparılması və müqavilənin imzalanmasına qədər satış prosesinin idarə olunması.
Vəzifə öhdəlikləri:
- Yeni potensial müştərilərin müstəqil şəkildə axtarılması;
- Şirkətin həllərinin tətbiqi üçün uyğun obyektlərin və müştərilərin müəyyənləşdirilməsi;
- Qərar qəbul edən şəxslərlə əlaqənin yaradılması;
- Soyuq zənglərin həyata keçirilməsi və yeni əlaqələrin qurulması;
- Görüşlərin təşkili və müştərilərlə şəxsi görüşlərin keçirilməsi;
- Ticarət mərkəzləri, yaşayış kompleksləri, otellər, biznes mərkəzləri, parkinqlər və digər kommersiya obyektlərinə səfərlərin həyata keçirilməsi;
- Şirkətin məhsul və həllərinin təqdim edilməsi;
- Müştərinin ehtiyaclarının müəyyənləşdirilməsi;
- Texniki komanda ilə birlikdə müştəriyə uyğun həllin hazırlanması;
- Danışıqların aparılması və kommersiya şərtlərinin razılaşdırılması;
- Müqavilə imzalanana qədər satış prosesinin bütün mərhələlərinə nəzarət;
- Müqavilə imzalandıqdan sonra müştəri və layihə haqqında bütün lazımi məlumatların sonrakı icra üçün Project Manager-ə təhvil verilməsi;
- Öz satış portfelinin idarə olunması;
- Müəyyən edilmiş KPI və satış planlarının yerinə yetirilməsi.
Tələblər:
- B2B Satış sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmalıdır;
- Bakı şəhərini və yerli bazarı yaxşı tanımalıdır;
- Potensial korporativ müştərilərin harada və necə axtarılacağını bilməlidir;
- Yeni satış imkanlarını müstəqil şəkildə müəyyən edə bilməlidir;
- Soyuq zənglər etməkdən çəkinməməlidir;
- Yeni şirkətlərə müraciət etməkdən və ilk əlaqəni yaratmaqdan çəkinməməlidir;
- İşgüzar görüşlər təşkil etməyi və keçirməyi bacarmalıdır;
- Səlis, düzgün və inandırıcı nitqə sahib olmalıdır;
- Təqdimat bacarığı və peşəkar görünüşə malik olmalıdır;
- Müştərini inandırmağı və öz mövqeyini əsaslandırmağı bacarmalıdır;
- Yüksək kommunikasiya bacarıqlarına sahib olmalıdır;
- Aktiv, təşəbbüskar və nəticəyönümlü olmalıdır;
- İşini müstəqil şəkildə planlaşdırmağı bacarmalıdır;
- KPI sistemi ilə işləməyə hazır olmalıdır.
- Şəxsi avtomobilin olması (üstünlük hesab olununacaq)
- Azərbaycan dilində səlis danışıq (Rus və İngilis dillərini bilmək üstünlük hesab olununacaq)
Biz nə təklif edirik?
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əməkhaqqı: 600 AZN (NET) + satış bonusları;
- Uğurlu satış nəticələrinə əsasən minimal aylıq gəlir 1.200 AZN, daha yüksək qazanc əldə etmək imkanı mövcuddur.
- İş nəticələrinə uyğun olaraq gəliri artırmaq imkanı;
- İşgüzar ünsiyyət üçün korporativ mobil nömrə təqdim olunur.
- Müştərilərlə görüşlər və işgüzar səfərlər üçün korporativ taksidən istifadə imkanı;
- Stabil iş mühiti və peşəkar inkişaf imkanları
- İş qrafiki: Həftəiçi 5 iş günü
- İş saatı: 10:00 – 19:00
- İş yeri: Nərimanov r. Əhməd Rəcəbli küç.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.