Satış nümayəndəsi

  • Истекает 12 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Biz avtomobil nömrələrinin tanınması, parklanmanın avtomatlaşdırılması və ödəniş sistemləri sahəsində öz texnoloji həllərini hazırlayan şirkətik. Müştərilərimizə ticarət mərkəzləri, yaşayış kompleksləri, otellər, biznes mərkəzləri, parkinqlər və iri şirkətlər daxildir.

Əsas vəzifə

  • Azərbaycan bazarında satışların inkişaf etdirilməsi: yeni müştərilərin axtarışı, görüşlərin təşkili, şirkətin həllərinin təqdimatı, danışıqların aparılması və müqavilənin imzalanmasına qədər satış prosesinin idarə olunması.

Vəzifə öhdəlikləri:

  • Yeni potensial müştərilərin müstəqil şəkildə axtarılması;
  • Şirkətin həllərinin tətbiqi üçün uyğun obyektlərin və müştərilərin müəyyənləşdirilməsi;
  • Qərar qəbul edən şəxslərlə əlaqənin yaradılması;
  • Soyuq zənglərin həyata keçirilməsi və yeni əlaqələrin qurulması;
  • Görüşlərin təşkili və müştərilərlə şəxsi görüşlərin keçirilməsi;
  • Ticarət mərkəzləri, yaşayış kompleksləri, otellər, biznes mərkəzləri, parkinqlər və digər kommersiya obyektlərinə səfərlərin həyata keçirilməsi;
  • Şirkətin məhsul və həllərinin təqdim edilməsi;
  • Müştərinin ehtiyaclarının müəyyənləşdirilməsi;
  • Texniki komanda ilə birlikdə müştəriyə uyğun həllin hazırlanması;
  • Danışıqların aparılması və kommersiya şərtlərinin razılaşdırılması;
  • Müqavilə imzalanana qədər satış prosesinin bütün mərhələlərinə nəzarət;
  • Müqavilə imzalandıqdan sonra müştəri və layihə haqqında bütün lazımi məlumatların sonrakı icra üçün Project Manager-ə təhvil verilməsi;
  • Öz satış portfelinin idarə olunması;
  • Müəyyən edilmiş KPI və satış planlarının yerinə yetirilməsi.

Tələblər:

  • B2B Satış sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmalıdır;
  • Bakı şəhərini və yerli bazarı yaxşı tanımalıdır;
  • Potensial korporativ müştərilərin harada və necə axtarılacağını bilməlidir;
  • Yeni satış imkanlarını müstəqil şəkildə müəyyən edə bilməlidir;
  • Soyuq zənglər etməkdən çəkinməməlidir;
  • Yeni şirkətlərə müraciət etməkdən və ilk əlaqəni yaratmaqdan çəkinməməlidir;
  • İşgüzar görüşlər təşkil etməyi və keçirməyi bacarmalıdır;
  • Səlis, düzgün və inandırıcı nitqə sahib olmalıdır;
  • Təqdimat bacarığı və peşəkar görünüşə malik olmalıdır;
  • Müştərini inandırmağı və öz mövqeyini əsaslandırmağı bacarmalıdır;
  • Yüksək kommunikasiya bacarıqlarına sahib olmalıdır;
  • Aktiv, təşəbbüskar və nəticəyönümlü olmalıdır;
  • İşini müstəqil şəkildə planlaşdırmağı bacarmalıdır;
  • KPI sistemi ilə işləməyə hazır olmalıdır.
  • Şəxsi avtomobilin olması (üstünlük hesab olununacaq)
  • Azərbaycan dilində səlis danışıq (Rus və İngilis dillərini bilmək üstünlük hesab olununacaq)

Biz nə təklif edirik?

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əməkhaqqı: 600 AZN (NET) + satış bonusları;
  • Uğurlu satış nəticələrinə əsasən minimal aylıq gəlir 1.200 AZN, daha yüksək qazanc əldə etmək imkanı mövcuddur.
  • İş nəticələrinə uyğun olaraq gəliri artırmaq imkanı;
  • İşgüzar ünsiyyət üçün korporativ mobil nömrə təqdim olunur.
  • Müştərilərlə görüşlər və işgüzar səfərlər üçün korporativ taksidən istifadə imkanı;
  • Stabil iş mühiti və peşəkar inkişaf imkanları
  • İş qrafiki: Həftəiçi 5 iş günü
  • İş saatı: 10:00 – 19:00
  • İş yeri: Nərimanov r. Əhməd Rəcəbli küç.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly368
  • Monthly966